main-post-cover

    Microsoft-dan qəribə addım: Daxili WordPad proqramında reklam göstəriləcək

    Elm & Texnologiya
    22.01.2020
    Nijat Hamid
            Microsoft, bilindiyi kimi mobil tətbiqlərində istifadəçilərə reklam göstərir. İndi isə bunu Windows 10-dakı daxili proqramlara yerləşdirməyi planlayır. Bunlardan ilki isə WordPad proqramında olacaq. Reklamlar WordPad proqramının üst çubuğunda göstəriləcək və Microsoft-un Word Online, Office Online kimi proqramlarının reklamı olacaq.

    Microsoft, Windows 10-da daha çox reklam yerləştirmək üçün yollar axtarmağa davam edir.

            Bu reklamlarda əsasən Microsoft-un öz məhsullarının reklamları yerləşdiriləcək. Əlbəttə reklamları bağlamaq üçün proqramda button da olacaq. Yəni istədiyiniz zaman bağlamaq mümkün olacaq. Həmçinin Microsoft-un News proqramında da buna bənzər reklamlar göstərilir. Lakin News, Microsoft Store tətbiqi olduğu üçün tamamilə silinə bilir. Qeyd edək ki, bu reklamlar Windows 10-un Insider versiyasında yerləşdirilib və hələlik test mərhələsindədir. İstifadəçilərdən gələn rəylər əsasında Microsoft bir qərar verəcəkdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər