main-post-cover

    Microsoft'dan iki ekranlı qatlana bilən Surface Neo planşeti (VİDEO)

    Elm & Texnologiya
    03.10.2019
    Farid Pardashunas
        Dünənki təqdimat zamanı adi noutbuk və planşet modelləri ilə yanaşı Microsoft şirkəti həmçinin qeyri adi planşet modelini də təqdim etdi. Söhbət, Surface Neo adlı planşetdən gedir. Bu planşetin əsas özəlliyi ondan ibarətdir ki, o, iki ekrana sahibdir və həmin ekranlar qatlana bilirlər. Bu barədə The Verge saytı xəbər verib. Surface Neo planşeti şarnir konstruksiya ilə bir-birinə birləşdirilmiş iki hissədən ibarətdir. Planşetin konstruksiyası öz xarici görünüşü baxımından noutbuku xatırladır. Lakin daxildən planşet iki ekrana sahibdir və həmin ekranlardan hər biri 9 düym ölçüdədir.
        Həmçinin ekranlar Gorilla Glass qoruyucu şüşəsi ilə də əhatə olunublar. Planşeti həm daxili istiqamətə həm də xarici istiqamətə qatlamaq olar. Planşet Intel Lakefield prosessoru ilə təchiz olunub və Windows 10X əməliyyat sistemi vasitəsilə çalışır. Bu əməliyyat sistemi isə xüsusi olaraq bu cür dizayn formatına sahib cihazlar üçün hazırlanıb. Beləliklə əməliyyat sisteminin optimizasiya olunması sayəsində planşetin hər bir ekranında müxtəlif tətbiqləri işə salmaq mümkündür.
        Bununla yanaşı cihaz qatlanan zaman əməliyyat sisteminin interfeysi avtomatik olaraq adaptasiya olunur. Planşetin arxa panelində yeni stilus yerləşdirilir. Lakin diqqəti daha çox planşetin xarici klaviaturası çəkir. Belə ki, həmin klaviatura ekranlardan birinə bərkidilir və bu zaman ekranın böyük bir hissəsi klaviatura ilə əhatə edilir. Klaviaturanın ekran üzərindəki vəziyyətindən asılı olaraq istifadəçi virtual touchpad və ya MacBook-dakı Touch Bar kimi əlavə hissə əldə edir. Surface Neo təqribi olaraq ilin sonunda satışa çıxacaq. Onun qiyməti barəsində məlumat isə daha sonra veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər