main-post-cover

    Microsoft bütün fiziki mağazalarını birdəfəlik bağlayır: Səbəb nədir?

    Elm & Texnologiya
    28.06.2020
    Nijat Hamid
            Microsoft şirkəti dünya nəhənglərindən biridir və demək olar ki, 100-lərlə fiziki mağazaya malikdir. Mart ayında Koronavirus pandemiyası səbəbilə fiziki mağazalarını bağlayan nəhəng şirkət bu qərarın birdəfəlik olduğunu elan etdi. Microsoft rəsmilərinin dediklərinə görə şirkət bu pandemiya dövründə tamamilə rəqəmsallaşmağa fokuslandığı üçün artıq fiziki mağazalara ehtiyac qalmayıb.

    Microsoft online mağazalarda aylıq 1.2 milyard istifadəçi sayına çata bildi!

            Bundan əlavə həmçinin London, New York, Sydney və Redmond mağazaları isə müştəri xidmətləri olaraq Microsoft Experience Centers olaraq adlandırılacaq. Bağlanan digər bütün mağazalardakı işçilərin işdən çıxarılacağı və ya Microsoft-un digər mərkəzlərinə yönləndirilb yönləndirilməyəcəyi isə bəlli deyil. Microsoft-a görə pandemiya dövründə rəqəmsal satışlar ciddi dərəcə artıb və aylıq 1.2 milyard istifadəçi sayına çata biliblər. Qeyd edək ki, şirkətin dünya üzərində ümumilikdə 100-dən çox mağazası var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər