main-post-cover

    Microsoft 864 serverə sahib data mərkəzi dənizin dibində quraşdırdı (VİDEO)

    Elm & Texnologiya
    07.06.2018
    Farid Pardashunas
        Microsoft şirkəti Şotlandiyanın Orkney adaları yaxınğılında dənizin 35.5 metr dərinliyində 864 serverdən ibarət olan sualtı data mərkəzini quraşdırıb. Data mərkəz sualtı kabellər vasitəsilə enerji əldə edir və həmin kabellər vasitəsilə internetə qoşulub. Plana əsasən serverlər dəniz suyundan soyutma sistemi kimi istifadə edəcəklər. Bu isə serverlərin saxlanmasına xərclənən vəsaitin aşağı salınmasına gətirib çıxaracaq. Qeyd etmək lazımdır ki, məhz data serverlərin soyutma sistemlərinə külli miqdarda vəsaitlər xərclənir. Belə ki, həmin serverlər böyük midarda istilik ayırırlar. Növbəti 1 il ərzində Microsoft şirkəti data mərkəzin vəziyyətini, kapsulun daxilində olan temperaturu və onun korpusunun dözümlülüyünü analiz edəcək. Növbəti mərhələdə isə şirkət iqtisadçıları müəyyən edəcəklər ki, bu istiqamətdə işləri davam etdirmək olar yoxsa yox. Tərtibatçıların sözlərinə əsasən bu cür data mərkəz heç bir xidmət görmədən minimum 5 il müddətində çalışmaq özəlliyinə sahibdir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər