main-post-cover

    Microsoft, 20 ildən sonra ilk dəfə NotePad proqramını yenilədi: RedStone 5 yenilənməsi

    Elm & Texnologiya
    15.07.2018
    Nijat Hamid
    Microsoft, 20 ildirki yenilənməyən Notepad proqramını Windows 10-un RedStone 5 yenilənməsində dəyişdirəcək və bir sıra funksiyalar əlavə edəcək. Hələlik sadəcə Insider Preview 17713 versiyasında istifadəyə açıq olan RedStone 5 yenilənməsində nə kimi dəyişikliklər olacağı bəlli oldu.
    RedStone 5 yenilənməsi ilə Windows 10-da olan Notepad proqramı yenilənəcək və Windows 10 üçün uzaqdan təsdiqləmə funksiyası gələcək.    
    Yeni Notepad proqramında artıq "tap/dəyişdir" funksiyası yer alacaq. Həmçinin proqramda əvvəlki axtarılan sözlərin yaddaşda qalması, böyük həcmli mətn fayllarını açarkən performans dəstəyi, CTRL+ Backspace kombinasiyası ilə ilk sözün silinməsi və bir çox funksiyalar əlavə olacaq.
    Windows 10 RedStone 5-də Azure istifadəçiləri komputerlərini uzaqdan istifadə edə biləcək. Edge brauzerində yeniliklər olacaq və Windows Security funksiyaları bir paneldə toplanacaq.    
    İnsider Preview olaraq istifadəçilərə açıq olan RedStone 5 üzərində işlər hələki davam edir. İlk etapda sistemə bu yeniliklər gələcək. Təxminlərə görə Microsoft Redstone 5 ilə Windows 10 üçün köklü dəyişikliklər və dizayn ilə əlaqəli yeniliklər gətirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər