main-post-cover

    Mi9 flaqman smartfonunun bəzi funksiyaları digər Xiaomi smartfonlarına əlavə ediləcək

    Elm & Texnologiya
    14.03.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti Mi9 flaqman smartfonunun təqdimatı zamanı həmçinin məşhur MIUI 10 interfeysində bəzi yenilikləri də təqdim etmişdi. Görünür, həmin yeniliklərdən bir çoxu şirkətin digər smartfon modellərinə də əlavə olunacaq. Belə ki, şirkətin general direktoru olan Li Weixing Çinin Weibo adlı sosial şəbəkəsində yeni funksiyaların hansı smartfonlarda nə zaman işə salınacağı barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib.
        Game Turbo oyun rejimi:
        Mart ayının sonu / aprel ayının əvvəli: Mi8, Mi8 Pro, Mi8 Explorer Edition, Mi8 SE, Mi Mix 3, Mi Mix 2S, Redmi Note 7, Redmi Note 7 Pro, Redmi Note 5, Redmi S2.
        Aprel ayının ortası: Mi8 Lite, Mi6, Mi 6X, Mi 5S, Mi 5S Plus, Mi 5X, Mi Mix 2, Mi Mix, Mi Max 3, Mi Note 3, Mi Note 2, Mi Play, Redmi Note 6 Pro, Redmi Note 5, Redmi 6 Pro, Redmi 5, Redmi 5A, Redmi 5 Plus.
        Dinamik ekran temaları:
        Mart ayının sonu: Mi8, Mi8 Pro, Mi8 Explorer Edition, Mi Mix 3, Mi Mix 2S.
        Ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və tətbiqlərə sürətli keçid animasiyası:
        Aktiv edilmə tarixi hələki bilinmir: Mi8 Pro və Mi8 Explorer Edition.
        Yeni “Always on Display”:
        Mart ayının sonu: Mi8, Mi8 Pro, Mi8 Explorer Edition, Mi8 SE, Mi Mix 3.
        Dark Mode rejimi:
        Mart ayının sonu: Mi8, Mi8 Pro, Mi8 Explorer Edition, Mi8 SE, Mi8 Lite, Mi 6X, Mi Mix 3, Mi Mix 2S, Mi Note 3, Mi Max 3, Redmi Note 7, Redmi Note 7 Pro, Redmi Note 6 Pro, Redmi 6 Pro, Redmi Note 5, Redmi S2.
        Smartfon şarj prosesinin yeni animasiyası:
        Aprel ayında: MIUI 10 interfeysli bütün Xiaomi smartfonları.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər