Mi Mix 3-ün qiyməti aşağı düşdü: Xiaomi şirkəti Mi Mix 4-ün təqdimatına hazırlaşır
Elm & Texnologiya
25.06.2019
Farid Pardashunas
Xiaomi şirkəti özünün flaqman slayder smartfon modeli olan Mi Mix 3-ün qiymətini aşağı salıb. Şirkət bunu Weibo adlı sosial şəbəkədə elan edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə hal hazırda 8 GB RAM və 128 GB daxili yaddaşa sahib olan Mi Mix 3 modeli 377$-a satılır. Qeyd etmək lazımdır ki, bu smartfon yeni satışa çıxan zaman bu cür göstəricilərə sahib model 475$-a satılırdı. Mi Mix 3-ün qiymətinin aşağı düşməsi isə o deməkdir ki, şirkət yerdə qalan Mi Mix 3 modellərini satmağa başlayaraq Mi Mix 4 modelinin təqdimatına hazırlaşır. Son məlumat sızıntılarına inansaq, Mi Mix 4 modeli OLED ekran, Snapdragon 855 prosessoru, ekrana inteqrasiya edilmiş barmaq izi skanı ilə ön kamera, 4000 mAh enerji tutumlu batareya, naqilsiz sürətli şarj texnologiyası, 3 və ya 4 arxa kamera modulu ilə təchiz olunmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)