main-post-cover

    Mi 10-dan daha sürətli satış: Mi 10 Pro-nun birinci partiyası rekord vaxta satılıb

    Elm & Texnologiya
    18.02.2020
    Emil Nəcəfov
        Adi Xiaomi Mi 10-nun satışa çıxmasından bir neçə gün sonra Çində Mi 10 Pro modeli də satışa çıxdı. Mi 10 Pro-nun satışa çıxması ilə Xiaomi şirkəti növbəti satış rekorduna imza atdı. Belə ki, Pro versiyanın birinci partiyası adi Mi 10-nun birinci partiyasından daha sürətlə satılıb. Qeyd etmək lazımdır ki, adi Mi 10-nun birinci partiyası 1 dəqiqə ərzində satılmışdı. Bu barədə Mydrivers saytı xəbər verib. Verilmiş məlumata əsasən satışlara start veriləndən sonra Mi 10 Pro-nun birinci partiyası (təxminən 40.000 ədəd smartfon) 55 saniyə ərzində satılıb. Nəticədə Xiaomi şirkəti 28.6 milyon dollar gəlir əldə edib.
    Linki kopyala