main-post-cover

    Məsləhətli App #6: 'MEGA' - Cihazınızın daxili yaddaşını 50 GB artıran ödənişsiz bulud tətbiq (İCMAL)

    27.07.2017
    Vüsal Heydərov
    128 MB, 256 MB, 512 MB həcmli microSD kartları xatırlayırsınızmı? Təxminən 10 il öncə bu yaddaş kartları demək olar ki, bütün tələbatımızı ödəyirdi. Daxili yaddaşı 1GB olan cihazların satışa çıxmasından sonra insanlar yaddaş kartlarına da ehtiyac duymurdular. Mobil cihazların "ağıllanması" ilə birgə cihazlarda istifadə etdiyimiz tətbiqlərin də həcminin artması artıq daha böyük həcmli yaddaşlardan istifadəyə səbəb oldu. Belə ki, günümüzdə 16 GB daxili yaddaş aşağı göstəricili cihazlarda istifadə olunur. Bu xəbərdə tanıdacağımız tətbiq cihazınızın yaddaş problemini qismən, çox vacib fayllarınızın silinməsinin qarşısını isə tamamilə alacaqdır. 
    Yuxarıda haqqında danışdığımız tətbiqin adı MEGA-dır. MEGA fayllarınızı etibarlı bir şəkildə saxlamağınıza kömək edən bulud əsaslı tətbiqdir. MegaUpload  saytının qurucusu tərəfindən istifadəyə verilən tətbiq sizə fərqli formatdakı fayllarınızı saxlaya biləcəyiniz ödənişsiz 50 GB-lıq yaddaş təqdim edir. İndi isə MEGA-nın təqdim etdiyi əsas özəlliklərə nəzər salaq. 
    - Türkcə dil dəstəyi
    - Android və iOS əməliyyat sistemləri üçün 50 GB-lıq ödənişsiz istifadə imkanı
    - Fayl transferinin olduqca sürətli olması
    - Sadə və istifadəsi rahat interfeys
    - Tətbiqin qurulduğu digər cihazlarla sinxronizasiya
    - Əlavə edilən faylların şifrələnməsi
    Tətbiqin qeyd olunmalı mənfi cəhəti Google Drive Yandex Disk kimi sistemlər ilə fayl transferinin mümkün olmamasıdır. Sonda onu da qeyd edək ki, ödənişsiz təqdim olunan 50 GB planı sizin üçün kifayət etmirsə aşağıdakı müvafiq abunəlikləri seçə bilərsiniz.
    LITE planı - 200 GB / aylıq 4,99 avro 
    PRO I planı -  1 TB / aylıq 9,99 avro / illik 99,99 avro
    PRO II planı - 4 TB / aylıq 19,99 avro / illik 199,99 avro
    PRO III planı - 8 TB / aylıq 29,99 avro / illik 299,99 avro
    Qeyd: Hər hansısa PRO planına illik abunə olduqda sadəcə 10 ay üçün nəzərdə tutulan məbləği ödəyirsiniz.
    Tətbiqi Google Play App Store-dan yükləyib istifadə edə bilərsiniz.




    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər