Məşhur smartfon istehsalçısı olan OPPO da öz elektromobili üzərində çalışır

Məşhur smartfon istehsalçısı olan OPPO da öz elektromobili üzərində çalışır

Texnologiya
23.11.2021 PAYLAŞIM

    Verilmiş məlumata əsasən BBK Electronics şirkətlər qrupuna məxsus olan OPPO, OnePlus Realme brendləri artıq uzun müddətdir ki, özlərinin elektromobilləri üzərində çalışırlar. Adları sadalanmış brendlər elektromobillər və avtopilot sistemləri də daxil olmaqla mümkün avtomobil məhsulları ilə bağlı müxtəlif ticarət nişanlarını artıq qeydiyyatdan keçirdiblər. İndi isə bu mölumatı məşhur hindistanlı insayder Mukul Sharma təsdiqləyib. İnsayder bildirib ki, OPPO şirkəti həqiqətən də elektromobil üzərində çalışır və həmin elektromobil Hindistan bazarı üçün nəzərdə tutulacaq. Elektromobilin 2023-cü ilin sonunda və ya 2024-cü ilin əvvəlində satışa çıxacağı gözlənilir.

    Hal hazıda OPPO şirkətinin elektromobilinin sahib olacağı texniki özəlliklər barəsində heç bir məlumat yoxdur. Elektromobil istehsalı məsələsində şirkətin kənar istehsalçılar ilə əməkdaşlıq edəcəyi və ya elektromobil üçün nəzərdə tutulmuş komponentlərin sifariş olunub onun fərdi şəkildə yığılmasını reallaşdıracağı bilinmir. Qeyd etmək lazımdır ki, maliyyə ilinin birinci yarısında (aprel ayından sentyabr ayına kimi) Hindistanda 6261 ədəd elektromobil satılıb. Keçmiş maliyyə ili üzrə isə ümumilikdə 5905 ədəd elektromobil satılmışdı. Başqa sözlə desək, Hindistanda elektromobil bazarının payı 234% yüksəlib. Bu cür yüksəlişin səbəbi isə Hindistanın FAME II adlı yerli proqramı çərçivəsində təqdim edilmiş subsidiyalar ilə güzəştlər olublar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...


Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şi..


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..

×