main-post-cover

    Məşhur jurnalist: 'Apple Watch 8 bədən temperaturunun ölçülməsi funksiyasını əldə edəcək'

    Elm & Texnologiya
    05.07.2022
    Farid Pardashunas
        Bloomberg-in jurnalisti Mark Gurman bu il təqdim olunacağı gözlənilən Apple Watch 8 smart saat seriyası barəsində yeni məlumatlar verib. Onun sözlərinə əsasən təqdim ediləcək Apple Watch 8 bədən temperaturunun ölçülməsi sensoruna sahib olacaq. Jurnalist bildirib ki, smart saat üçün nəzərdə tutulmuş bu texnologiya artıq şirkət daxilində testlərdən keçib və dəqiq şəkildə Apple Watch 8 seriyasında istifadəyə veriləcək. Lakin bu məsələdə bəzi məhdudiyyətlər olacaq. Belə ki, bədən temperaturunun ölçülməsi funksiyası adi Apple Watch 8 ilə onun daha dözümlü gövdəyə sahib versiyasında olacağı halda, Apple Watch SE 2-yə inteqrasiya edilməyəcək. Bununla belə smart saata inteqrasiya ediləcək bu texnologiyanın dəqiqliyi bədən temperaturunun ölçülməsi üçün nəzərdə tutulmuş xüsusi tibbi cihazın dəqiqliyindən daha aşağı olacaq.
        İlk öncə bu funksiya bədən temperaturunun yüksəldiyi faktını təyin edəcək və həkimə müraciət etməyi və ya daha dəqiq nəticəni verəcək tibbi cihazdan istifadə etməyi məsləhət görəcək. “Aprel ayında mən bildirmişdim ki, Apple şirkəti Watch 8-ə bədən temperaturunun ölçülməsi texnologiyasnı inteqrasiya etmək niyyətindədir. İndi isə mən düşünürəm ki, bu funksiya həm adi Watch 8-ə həm də onun daha dözümlü versiyasına uyğun gələcək” - deyə jurnalist qeyd edib. Jurnalist onu da qeyd edib ki, bu funksiya böyük ehtimal ilə FDA adlı nizamlayıcı orqan tərəfindən sertifikatlaşdırılmayacaq. Buna görə də bu texnologiya tam funksiya kimi reklam olunmayacaq. Bununla yanaşı jurnalist bildirib ki, əvvəlki Apple Watch modelləri ilə müqayisədə Watch 8 seriyası o qədər də ciddi dəyişikliklər əldə etməyəcək. Yeni smart saat daha parlaq ekran ilə təchiz olunacaq və Watch 6 seriyasında istifadə edilmiş S6 prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər