main-post-cover

    Məşhur insayder yeni OnePlus smartfonlarının texniki göstəriciləri ilə təqdimat tarixlərini bildirdi

    Elm & Texnologiya
    15.09.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə OnePlus 7T OnePlus 7T Pro smartfon modellərinin fotolarını təqdim etmiş OnLeaks ləqəbi ilə tanınan məşhur insayder bu dəfə bu smartfonların texniki göstəriciləri və dəqiq təqdimat tarixləri barəsində məlumat verdi. Bu barədə 4pda saytı xəbər verib. İnsayderin sözlərinə əsasən Pro model kiçik dəyişikliklər, adi OnePlus 7T modeli isə nəzərə çarpacaq dəyişikliklər əldə edəcək.
        Beləliklə məlumata əsasən OnePlus 7T modeli 2400x1080 piksel keyfiyyətli 6.55 düym Fluid AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, Snapdragon 855 Plus prosessoru, Adreno 640 qrafik sürətləndirici, 8 GB RAM, 128/256 GB daxli yaddaş həcmi, 48 MP (f/1.6 diafraqmalı, OIS + EIS) + 12 MP (f/2.2 diafraqmalı və ikiqat optik zoom dəstəkli) + 16 MP (f/2.2 diafraqmalı və 120 dərəcə bucaq təsvirli) üçlü ara kamera, 16 MP (f/2.0 diafraqmalı, EIS) ön kamera və WARP Charge 30T adlı sürətli enerji yığma texnologiyalı 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon OxygenOS interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq.
        OnePlus 7T Pro-ya gəldikdə isə insayderin sözlərinə görə o, 3100x1440 piksel keyfiyyətli 6.65 düym Fluid AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, Snapdragon 855 Plus prosessoru, Adrenno 640 qrafik sürətləndirici, 8 GB RAM, 256 GB daxili yaddaş hcəmi, 48 MP (f/1.6 diafraqmalı, OIS + EIS) + 8 MP (f/2.4 diafraqmalı, üçqat optik zoom dəstəkli) + 16 MP (f/2.2 diafraqmalı, 120 dərəcə bucaq təsvirli), 16 MP (f/2.0 diafraqmalı, EIS) ön kamera və həmin sürətli enerji yığma texnologiyalı 4085 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Daha öncədən güman edilirdi ki, OnePlus şirkəti öz yeni smartfon modellərini 26 sentyabr tarixində ilk smart televizoru ilə birlikdə təqdim edəcək. Lakin OnLeaks-in verdiyi məlumata əsasən smartfonlar 10 oktyabr tarixində təqdim olunacaqlar və 15 oktyabrda satışa çıxacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər