main-post-cover

    Məşhur insayder Snapdragon 888-in davamçısı barəsində məlumatlar verib

    Elm & Texnologiya
    04.06.2021
    Emil Nəcəfov
        Məşhur insayder Evan Blass, Qualcomm-un növbəti flaqman prosessorunun texniki özəllikləri barəsində məlumat verib. Verilmiş məlumata əsasən Qualcomm-un 4 nanometrlik flaqman prosessoru yeni qrafik çip və Wi-Fi 6E də daxil omaqla aktual naqilsiz standartların dəstəklərini əldə edəcək. İnsayder bildirib ki, Waipio kod adına sahib yeni mobil prosessor özündə Snapdragon X65 5G adlı modemi, Adreno 730 qrafik çipini və təsvirin emalı üçün nəzərdə tutulmuş Spectra 680 prosessorunu birləşdirəcək.
        Prosessorun arxitekturası isə özündə yüksək performanslı Kryo 780 nüvələrini birləşdirəcək. Həmin nüvələrin hansı tezlikdə çalışacaqları barəsində məlumat verilməyib. Bundan əlavə olaraq Qualcomm-un yeni flaqman prosessoru FastConnect 6900 adlı texnologiyanın dəstəyini əldə etməlidir. Bu texnologiya Bluetooth LE Audio 5.2Wi-Fi 6E protokollarına sürətli qoşulmanı təmin edəcək. Qualcomm-un yeni flaqman prosessorunun nə zaman təqdim olunacağı və necə adlanacağı bilinmir.
    Linki kopyala