main-post-cover

    Məşhur insayder Snapdragon 865 Plus prosessor modelinin nə zaman təqdim olunacağını söylədi

    Elm & Texnologiya
    26.06.2020
    Farid Pardashunas
        Qualcomm şirkətinin Snapdragon 865 prosessor modelinin təkmilləşdirilmiş versiyası üzərində çalışdığı barəsində məlumatlar hələ bir neçə ay bundan öncə ortaya çıxmışdı. İndi isə prosessorun təkmilləşdirilmiş versiyasının nə zaman təqdim olunacağı barəsində məlumat verilib. Belə ki, Ice Universe ləqəbli məşhur çinli insayder bildirib ki, əgər hər şey plan üzrə getsə, Qualcomm şirkəti Snapdrgon 865 Plus prosessorunu artıq gələn ay təqdim edəcək.
        Bu barədə Gagadget saytı xəbər verib. Məlumatda qeyd olunub ki, Snapdragon 865 Plus modeli 3.09 GHz tezlikdə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Snapdragon 865 modeli 2.84 GHz tezlikdə çalışır. Snapdragon 865 Plus prosessorunu əldə edəcək ilk smartfon modeli ASUS ROG Phone 3 adlı gamer smartfonu olmalıdır. Bundan əlavə olaraq Galaxy Z Flip 5G smartfon modelinin və Galaxy Note 20 seriyasının da Snapdragon 865 Plus ilə təchiz olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər