main-post-cover

    Məşhur insayder OnePlus 8 Pro'nun render fotolarını təqdim etdi

    Elm & Texnologiya
    18.10.2019
    Emil Nəcəfov
        OnLeaks ləqəbi ilə tanınan məşhur insayder gələcək OnePlus smartfon modellərinin render fotolarını təqdim etməyə davam edir. Bu ayın əvvəlində o, OnePlus 8 modelinin render fotolarını təqdim etmişdi. İndi isə insayder OnePlus 8 Pro modelinin render fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş fotolardan da görmək olar ki, OnePlus 8 Pro modeli bu il satışa çıxmış OnePlus 7 Pro-dan xarici görünüşcə heç də fərqlənməyəcək.
        Smartfon 20:9 nisbətli genişformatlı ekran, ekran üzərində ön kamera üçün kiçik dairəvi hissə (ekranın yuxarı sol hissəsində) əldə edəcək və ekranın qıraqları əyilmiş formada olacaq. Smartfonun arxa panelində 4 kamera modulunu, lazer avtofokusunu və LED işıqlandırma sistemini görmək olar. Məlumata əsasən smartfon 6.65 düym ekrana sahib olacaq. Bununla yanaşı OnePlus 8 Pro-nun Snapdragon 865 prosessoru və 12 GB RAM ilə də təchiz olunacağı gözlənilir. OnePlus 8 seriyasını yaxın müddətdə gözləmək lazım deyil. Çox güman ki, smartfonların təqidmatları gələn ilin yaz fəslində baş tutacaq. 
    Linki kopyala