main-post-cover

    Məşhur insayder Apple şirkətinin AR eynəyinin nə zaman təqdim olunacağını söylədi

    Elm & Texnologiya
    16.05.2020
    Emil Nəcəfov
        Artıq uzun zamandır ki, internetdə məlumatlar ortaya çıxır ki, Apple şirkəti artırılmış reallıq eynəyi üzərində çalışır. İndi isə bir sıra insayder bu məlumatları təsdiqləyiblər. Məlumata əsasən Apple şirkətinin artırılmış reallıq eynəyi şərti olaraq Apple Glasses adlanır. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən həmin eynək 2022-ci ildə satışa çıxacaq.
        Apple şirkətinin məhsulları barəsində daha öncədən doğru məlumatlar vermiş insayder Jon Prosser isə tamamilə fərqli fikirdədir. Onun sözlərinə əsasən Apple şirkəti öz artırılmış reallıq eynəyini artıq gələn il təqdim edəcək. “İnana bilmirəm ki, Ming-Chi Kuo-ya qarşı çıxıram, lakin mən əminəm ki, o, səhv edir. Apple şirkəti artırılmış reallq eynəyini 2021-ci ilin mart ayından iyun ayına kimi olacaq periodda təqdim etməyi planlaşdırır. Mən onu artıq görmüşəm və o çox əla görünür. Yaxın zamanda mən o eynəyi göstərəcəm” - deyə Jon Prosser qeyd edib.
    Linki kopyala