main-post-cover

    Məşhur antivirus fon rejimdə Ethereum mayninq etməyə imkan verəcək

    Elm & Texnologiya
    03.06.2021
    Emil Nəcəfov
        Bir qayda olaraq antiviruslar kompüterdə olan gizli kriptovalyuta mayninqi üçün nəzərdə tutulmuş tətbiqləri aşkar edərək onları silirlər. Lakin NortonLifelock şirkətinin tərtibatçıları bu məsələdə alternativ variant təqdim ediblər. Belə ki, Norton 360 adlı antivirus paketinin yeni versiyası Ethereum kriptovalyutasının mayninqi üçün xüsusi alqoritm əldə edəcək. Bununla belə antivirusun viruslardan qorunma sistemində heç bir itki olmayacaq. Kriptovalyuta mayninqi ilə məşğul olanlar əksər hallarda mayninq prosesi zamanı antivirusu deaktiv edirlər. Bu, təhlükəsizlik sisteminin yanlış hallarda aktivləşməsinin qarşısını alır. Lakin bununla belə antivirusun deaktiv olması kompüteri hackerlər üçün əlçatan edir.
        Norton Crypto adlı yeni funksiya isə zərərli proqram təminatlarından və kiberhücumlardan qorunma özəlliyini özündə saxlayaraq kompüterdə kriptovalyuta mayninqini reallaşdırmağa imkan verir. Bununla belə istifadəçinin rəqəmsal portmanatı bulud servisdə saxlanılır və kompüterdəki sərt diskin yararsız hala düşəcəyi ehtimalında da həmin rəqəmsal portmanat heç yerə itməyəcək. Beləliklə Norton 360 antivirus paketinə inteqrasiya olunacaq Norton Crypto adlı yeni funksiya kompüteri təhlükəsiz şəkildə kriptovalyuta mayninqi sisteminə çevirir. Məlumatda qeyd edilib ki, Norton Crypto funksiyası yaxın zamanda Norton 360 antvirus paketinin bütün müştəriləri üçün aktiv ediləcək.
    Linki kopyala