main-post-cover

    Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatları təqdim edib

    Elm & Texnologiya
    08.08.2022
    Emil Nəcəfov
        Məşhur analitik Ming-Chi Kuo investorlar üçün nəzərdə tutulmuş analitik qeydini təqdim edib və həmin qeyddə o, Apple şirkətinin öz qarışıq reallıq (AR+VR / Mixed Reality) cihazını 2023-ü ilin yanvar ayında təqdim edəcəyini təsdiqləyib. Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxartmağı planlaşdırır. Belə ki, sözügedən cihaz premium seqmentə aiddir və onun qiyməti 2000$-dan yüksək olacaq. Bununla yanaşı analitik qeyd edib ki, şirkət artıq sözügedən cihazın ikinci nəsli üzərində çalışmağa başlayıb və həmin cihaz 2024-cü ilin ikinci yarısında təqdim oluna bilər. Bununla yanaşı analitik bildirib ki, Apple həmçinin birinci nəsil MR cihazın daha büdcəli versiyasını planlaşdırır və o, ikinci nəsil cihaz ilə birlikdə təqdim oluna bilər.
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət ilk MR cihazının prototipini artıq direktorlar şurasının üzvlərinə sərgiləyib. Beləliklə bu cihaz son hazırlanma mərhələsindədir. Apple sözügedən cihaz üzərində bir neçə il ərzində çalışsa da, bir neçə müddət bundan öncə onun qızması və performansı ilə bağlı problemlər ortaya çıxıb. Buna görə də şirkət MR cihazın təqdimatını bu ildən gələn ilin əvvəlinə keçirdib. Gözləntilərə əsasən MR cihaz 14 16 düym ölçülü MacBook Pro-larda istifadə edilən M1 Pro prosessoru ilə təchiz olunacaq. İstifadəçinin əllərinin və əl hərəkətlərinin izlənməsi üçün isə cihaz 10-a yaxın kameranı özündə birləşdirməlidir. Bundan əlavə olaraq MR cihazın 8K keyfiyyətində ekranlarla təchiz olunacağı və istifadəçinin göz hərəkətlərini izləyə biləcək sistemin dəstəyinə sahib olacağı gözlənilir.
    Linki kopyala