Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Texnologiya
06.12.2019 PAYLAŞIM

    Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam edir. Bu barədə Engadget saytı xəbər verib. Analitkin sözlərinə əsasən 2021-ci ildə Apple şirkəti iPhone modellərini Lightning girişindən azad edəcək. Bu üsul ilə iPhone-lar Qi standartlı naqilsiz şarj texnologiyası vasitəsilə şarj olunacaqlar.

    Bunun necə reallaşdırılacağı tam aydın deyil. Belə ki, şirkət heç AirPower adlı naqilsiz şarj stansiyanı satışa çıxarda bilmədi. Bundan əlavə olaraq analitik qeyd edib ki, 2021-ci ilin əvvəlində iPhone SE2 modelini də gözləmək lazımdır. Onun verdiyi məlumata əsasən həmin model iPhone SE2 Plus adlanacaq.

    Smartfon 5.5 və ya 6.1 düym ekran ilə təchiz olunacaq və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşəcək. Lakin smartfonda Face ID texnologiyası olmayacaq. Smartfon Touch ID texnologiyasına sahib olacaq. Həmin texnologiya isə Galaxy S10e smartfonundakı kimi yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Apple AirDrop texnologiyasının Google-dan olan analoqunun videosu ortaya çıxıb (..

Son aylarda internetdə Android əməliyyat sistemli smartfonlar arasında faylların ötürülməsi funksiya..


LG şirkəti LG G flaqman smartfon seriyasından imtina edə bilər

Bu ay Las Veqasda keçirilmiş CES 2020 sərgisində LG şirkətinin rəhbəri qeyd etmişdi ki, LG şirkəti m..


Qatlana bilən Motorola RAZR smartfonunun daha bir versiyası hazırlanır

Qatlana bilən Motorola RAZR smartfonu hələ satışa çıxmayıb, lakin şirkət artıq onun daha bir versiya..


Qatlana bilən Galaxy Fold 2 barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti bu il 3 ədəd yeni qatlana bi..


Motorola Edge+ flaqman smartfon modelinin ilk render fotosu təqdim olundu

Bir neçə gün bundan öncə biz xəbər vermişdik ki, Motorola şirkəti Edge+ adlı flaqman smartfon modeli..


AMD, notbuklar üçün ən güclü prosessorları istehsal edir: Ryzen 7 4800 H vs İnte..

AMD, yeni Ryzen 4000 ailəsini notbuklara gətirir. Testlərə görə i7-9700K prosessorlarından daha gücl..