main-post-cover

    MediaTek və Intel birgə əməkdaşlıq çərçivəsində noutbuklar üçün 5G modem anons ediblər

    Elm & Texnologiya
    08.08.2020
    Emil Nəcəfov
        Keçən il MediaTek Intel şirkətləri noutbuklar üçün nəzərdə tutulmuş 5G modemin yaradılması üzrə əməkdaşlıq elan etmişdilər. İndi isə bu şirkətlər bağlanmış əməkdaşlığın nəticələrini elan ediblər. Belə ki, onlar MediaTek T700 5G modemini anons ediblər. Şirkətlərin verdikləri məlumatlara əsasən noutbuklar üçün nəzərdə tutulmuş sözügedən modem artıq bir çox testlərdən keçib və final hazırlanma mərhələsindədir.
        Bununla yanaşı bu modemi əldə edəcək ilk noutbuk modelləri barəsində də məlumat verilib. Bu barədə 4pda saytı xəbər verib. İlkin məlumata əsasən noutbuklara yerləşdiriləcək MediaTek T700 5G modemi 6 GHz-dən aşağı tezlik diapazonunda həm avtonom həm də qeyri avtonom arxitekturalı 5G şəbəkələrini dəstəkləyir. Bununla yanaşı bu modemin daha bir üstünlüyü ondan ibarətdir ki, o, yüksək enerji effektivliyinə sahibdir.
        Şirkətlər qeyd ediblər ki, MediaTek T700 5G modemi əsas testlərdən, hazırlanmadan, layihələşdirilmədən keçib və 5G şəbəkələrinin yayıldığı yerlərdə real şəkildə yoxlanılıb. Gözləntilərə əsasən iki şirkət tərəfindən yaradılmış bu modemi ilk əldə edəcək kompüterlər 2021-ci ilin əvvəlində satışa çıxacaqlar. MediaTek T700 5G modeminə sahib olacaq potensial noutbukları təqdim edəcək şirkətlər arasında Dell HP var. 
    Linki kopyala