main-post-cover

    Matercard, Visa, eBay və Stripe şirkətləri Facebook'un kriptovalyuta layihəsindən çıxdılar

    Elm & Texnologiya
    12.10.2019
    Farid Pardashunas
        Bir neçə vacib partnyor Facebook şirkətinin Libra adlı kriptovalyuta layihəsindən imtina edib. Həmin partnyorlar sırasında Mastercard, Visa, eBay, Stripe Mercado Pago şirkətləri var. Bu cür qərar Libra layihəsinin qlobal nizamlayıcı orqanlar və qanunvericilər tərəfindən tənqid edilməsindən sonra verilib. Qeyd etmək lazımdır ki, bu ayın əvvəlində PayPal ödəniş servisi də bu layihədən ayrılmışdı. Bu barədə Bloomberg saytı xəbər verib. Adı çəkilmiş şirkətlər assosiasiya üzvlərinin ilk iclaslarından bir neçə gün öncə Libra Association-dan ayrıldılar.
        Həmin iclas isə 14 oktyabr tarixində Cenevrədə baş tutacaq. Libra Association-un mətbuat xidməti dünən bildirdi ki, iclas plan üzrə keçiriləcək və ilk nizamnamənin imzalanmasından sonra bu layihənin ilk rəsmi partnyorlarının siyahısı təqdim ediləcək. Hələ bu həftə iki amerikalı senator Visa, Mastercard və Stripe şirkətlərinə xəbərdarlıq etdilər ki, onlar Libra layihəsindəki iştiraklarını yenidən gözdən keçirtməlidirlər.
        Ohayo ştatından olan senator Sherrod Brown və Havay ştatından olan senator Brian Schatz bildiriblər ki, Libra təkcə maliyyə sistemi üçün yox həm də ödəniş şirkətləri üçün də təhlükə mənbəyidir. Mastercard bildirib ki, o, diqqətini öz strategiyasına yönəldəcək və Libra-nın inkişafını müşahidə edəcək. Visa isə qeyd edib ki, o, layihənin özünü doğruldacağı halında ona qoşulmaq imkanını nəzərdən keçirtməyə davam edəcək. eBay şirkəti layihəni dəstəkləsə də bildiriib ki, öz ödəniş sistemlərinin inkişafına diqqət ayıracaq. Stripe isə gələcəkdə Libra üzərində çalışmaq üçün açıq olacağına söz verib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər