Marsda şəhərin inşa edilməsi hansı qiymətə başa gələcək?

Marsda şəhərin inşa edilməsi hansı qiymətə başa gələcək?

Texnologiya
19.08.2019 PAYLAŞIM

    Mars planetində şəhərin inşa edilməsi insanlıq tarixinin ən bahalı layihəsi olacaq. Həmin şəhərin inşa edilməsinə sərf olunacaq vəsait isə Yer kürəsinin qlobal iqtisadiyyatının həcminin 1/8 hissəsini təşkil edəcək. Bu cür fikirləri Elon Musk bildirib. Mütəxəssislər Mars planetində şəhərin inşa edilməsi üçün xərclənəcək vəsaiti ora daşınacaq materialların daşınma qiymətləri əsasında hesablayıblar. Bu barədə Inverse.com saytı xəbər verib. SpaceX şirkətinin CEO-su Elon Musk öz şirkətinin raketləri vasitəsilə insanları Marsa göndərməyi və orda daimi yaşayış mühitinin yaradılması fikrindən heç də vaz keçmək niyyətində deyil.

    Əgər hər şey onun istədiyi kimi getsə, Marsda ilk insan koloniyası artıq 2050-ci ildə yaradıla bilər. Inverse saytının jurnalistləri bu mövzuda müxtəlif sahənin mütəxəssisləri ilə danışıblar və həmin mütəxəssislər Mars planetində yaşayacaq ilk kolonistlərin hansı problemlər ilə qarşılaşacaqlarını qeyd ediblər. Onlar mutasiya edərək özlərində yeni fiziki keyfiyyətləri inkişaf etdirə, özlərinə qapanaraq yeni şüuru inkişaf etdirə, Yer kürəsində indiyənə kimi görülməmiş yeni koloniya iqtisadiyyatı və idarəolunması sistemini işə sala bilərlər. Bundan sonra olacaqları isə sadəcə olaraq fantaziya etmək olar.

    Musk artıq bildirib ki, SpaceX şirkəti Mars planetinə biletləri ABŞ-dakı orta statistik ev qiymətinə satacaq. Bu isə 200.000$ deməkdir. Məsələ aydındır: Öz evini sat və yeni imkanları kəşf etmək üçün digər planetə yollan. Ümumilikdə isə Marsda şəhərin inşa edilməsinə 100 milyarddan 10 trilyon dollara kimi vəsait lazım olacaq. Bu hesablamalar isə Marsdakı şəhərin tam funksionallığı üçün minimum 1 milyon ton materialın Yer kürsindən Marsa göndərilməsi fikrinə əsaslanır.

    Əgər materialların göndərilməsinin qiyməti 100.000$-a bərabərdirsə, deməli bütün bu layihənin reallaşdırılmasına 100 milyard dollar vəsait lazım olacaq. Elon Musk bunu aşağı göstərici hesab edir. Yəni təqdim olunmuş vəsait minimumdur. Kainat nöqteyi nəzərdən bu vəsaitin miqdarı çox azdır. Lakin Yer kürəsinin 3 ən varlı şəxsini (Jeff Bezos, Bill GatesBernard Arnault) nəzərə almasaq, qeyd olunmuş vəsait Yer kürəsində olan bütün insanların ümumi var dövlətləri deməkdir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


SpaceX şirkəti 250 milyon dollar investisiya əldə etməyi planlaşdırır

CNBC saytı SpaceX şirkətinin 250 milyon dollar investisiya əldə etmək planından xəbər verib. ..


Huawei yeni Kirin prosessor modelini təqdim etməyə hazırlaşır

Yaxın günlərdə Huawei şirkəti yeni smartfon modellərindən əlavə olaraq yeni Kirin prosessorunu da tə..


Huawei şirkəti P40 flaqman seriyası üçün Wi-Fi 6 standartının təkmilləşdirilmiş ..

Keçən ilin ortasından başlayaraq elektron cihaz istehsalçıları öz məhsullarına Wi-Fi 6 standartının ..


Microsoft şirkəti öz antivirus tətbiqinin Android və iOS versiyaları üzərində ça..

Microsoft şirkətinin portfoliosuna təkcə Windows ilə Office paketi daxil deyil. Şirkətin digər bir m..


LG V60 ThinQ flaqman smartfonunun ilk press render fotosu ortaya çıxdı

LG-in yeni flaqman smartfon modeli olacaq LG V60 ThinQ-in ilk press render fotosu ortaya çıxıb.


Android 11-də yeni jestlər sistemi aşkar edilib: Smartfonun arxa panelinə 2 dəfə..

Bir neçə gün bundan öncə Google şirkəti tərtibatçılar üçün Android 11 Developers Preview-nun ilk ver..