Marsda bioloji aktivliyin mövcud olması üzrə planetin atmosferində yeni sübut aşkar edilib

Marsda bioloji aktivliyin mövcud olması üzrə planetin atmosferində yeni sübut aşkar edilib

Texnologiya
13.11.2019 PAYLAŞIM

    Mars planetində mümkün bioloji aktivlik barəsində ilk məlumatlardan sonra NASA agentliyi Mars səthində fəaliyyət göstərən Curiosity aparatının yeni kəşfindən danışıb. Belə ki, bu dəfə aparat həyatın təmin olunması üçün vacib olan daha bir elementi aşkar edib. Məlum olub ki, Mars atmosferində fəsil üzrə oksigen miqdarı hətta Yer kürəsinin atmosferində olan oksigen miqdarından daha çoxdur. Bu barədə Slashgear saytı xəbər verib. Alimlərə çoxdan bəri məlumdur ki, Marsın atmosferi 95% karbon qazından, 2.6% azotdan, 1.9% arqondan, 0.06% karbon monoksitdən və 0.16% oksigendən ibarətdir.

    Curiosity aparatının hesablamalarına əsasən qırmızı planetin atmosferində oksigen miqdarı 30%-ə çata bilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsinin atmosferində oksigenin miqdarı ortalama 20.94% təşkil edir. Marsın atmosferində qazların miqdarlarının bu cür dəyişilməsi alimlər tərəfindən öncə bilinsə də bu cür ani dəyişiklik bilinən ümumi elmi modellər ilə uyğunlaşmır. Yer kürəsində olduğu kimi Marsda da fəsil üzrə iqlim dəyişiklikləri olur. Qışda karbon qazı planetin qütblərində qar formasına kimi donaraq atmosfer təzyiqini aşağı salır.

    Yayda isə karbon qazı yenidən buxarlanır. Alimlər daha öncədən də Marsın atmosferində qazların miqdarlarının dəyişilməsini hesablamışdılar. Lakin onların hesablamaları yalnız azot ilə arqon üçün düzgün olub. Maraqlısı ondadır ki, Marsın atmosferindəki oksigen miqdarının dəyişilmə zamanı metan miqdarının dəyişilmə zamanı ilə üst-üstə düşür. Bu iki hadisə bir-biri ilə əlaqəli ola bilər. İlkin versiyaya əsasən sözügedən dəyişiklik bioloji aktivlik ilə əlaqəli ola bilər. Qeyd etmək lazımdır ki, indiyənə kimi Marsda həyatın mövcud olması ilə bağlı tam dəqiq bir sübut aşkar edilməyib. Curiosity isə qazların mənbələrinin təyin olunması üçün lazımi təchizata sahib deyil. NASA-nın daha təkmilləşdirilmiş Mars aparatı isə qırmızı planetə gələn il göndəriləcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


The Office Coworking mərkəzini gəzdik | Ofisdə nələr var?

Biznes ofisləri rubrikamızda bu dəfə The Office-də yaradılan şərait ilə tanış oluruq.


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..