main-post-cover

    Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)

    Elm & Texnologiya
    02.06.2023
    Emil Nəcəfov
        Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib. Anons edilmiş yeni VR cihazın üstünlükləri arasında kompakt ölçülər, yaxşılaşdırılmış idarəetmə təchizatları və təkmilləşdirilmiş AR rejim var. Quest 3 həm adi VR rejimində çalışa bilir, həm də xarici kameralar vasitəsilə real obyektlərin üzərinə AR təsvirləri yerləşdirə bilir. Zuckerberg-in sözlərinə əsasən Quest 2-dən fərqli olaraq Quest 3 modeli 40% daha kiçik ölçüyə sahibdir və iki dəfə daha performanslıdır.
        Quest 3-də Qualcomm-un prosessorundan istifadə edilir. Lakin Zuckerberg söhbətin hansı prosessordan getdiyi barəsində məlumat verməyib. Yeni VR cihazda həmçinin idarəetmə təchizatları da yenilənib. Onlar daha erqonomik olublar və TruTouch adlı taktik geri dönüş texnologiyasını əldə ediblər. Məlumatda qeyd edilib ki, istifadəçi yerində tullanan zaman VR cihaz onun əllərinin hansı vəziyyətdə olduqlarını təyin edə biləcək.
        Quest 3 modeli Quest 2 üçün istifadəyə verilmiş bütün tətbiqləri dəstəkləyir. Cihazın texniki özəllikləri barəsində ətraflı məlumat sentyabr ayında təqdim ediləcək. Analitiklərin fikirlərinə əsasən Zuckerberg-in Quest 3-ü vaxtından tez anons etməsinin əsas səbəbi onun Apple şirkətinin öz ilk qarışıq reallıq (AR + VR) cihazını təqdim etməmişdən öncə istifadəçilərin diqqətlərini öz üzərinə çəkməkdir. Qeyd etmək lazımdır ki, Quest 3-ün 128 GB daxili yaddaş həcminə sahib versiyası 500$-a satılacaq və payız fəslində satışa çıxacaq.
    Linki kopyala