main-post-cover

    MacBook Pro'lar artıq daha güclü videokarta malik olacaq: Blackmagic eGPU

    Elm & Texnologiya
    15.07.2018
    Nijat Hamid
          Apple markasının ən çox istifadə edilən cihazlarından biri də MacBook Pro-lardır. Lakin incəliyi səbəbi ilə ən gückü video kartları dəstəkləmir. Hər il yenisini almaq da olmur, çünki çox bahadır. Belə olan halda istifadəçilər eGPU ( External Graphics Processor Unit) adlanan xarici videokartlardan istifadə edərək parametrləri artırırlar. İndi isə Apple öz istehsalı olan Blackmagic eGPU cihazını təqdim etdi.
    MacBook Pro'lara Thunderbolt portu vasitəsilə qoşulan cihazda 8 Gb-lik Radeon Pro 580 videokartı var və bu cihazın qiyməti 699 dollardır.    
         Əvvəllər istifadəçilər bir sıra xüsusi proqramlar vasitəsilə Razer kimi şirkətlərin eGPU cihazlarını MacBook cihazlarına qoşurdular. Apple, WWDC 2017-də rəsmi olaraq eGPU dəstəyinin MacBook-lara gələcəyini bildirdi və High Sierra 10.13.4 versiyasında sözünü tutdu. Apple istehsalı olan Blackmagic eGPU vasitəsilə 15 inch ekranlı MacBook Pro-nun qrafika performasi 2.8 dəfə, 13 inch ekranlı MacBook Pro-nun qrafika performansı isə 8 dəfə artır. Səssiz soyudma sisteminə malik bu cihazda 2 ədəd Thunderbolt 3 portu, 4 ədəd USB 3.0 portu və 1 ədəd HDMİ 2.0 portu mövcuddur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər