MIUI 12-nin qlobal versiyası təqdim olunub: Hansı qlobal smartfonlar MIUI 12-ni əldə edəcəklər?

MIUI 12-nin qlobal versiyası təqdim olunub: Hansı qlobal smartfonlar MIUI 12-ni əldə edəcəklər?

Texnologiya
20.05.2020 PAYLAŞIM

    Dünən keçirilmiş online təqdimat çərçivəsində Xiaomi şirkəti MIUI 12 istifadəçi interfeysinin qlobal versiyasını təqdim etdi. Bununla yanaşı şirkət istifadəçi interfeysinin qlobal versiyasını əldə edəcək smartfonların adlarını da açıqladı. Qeyd etmək lazımdır ki, Çin bazarında MIUI 12-nin istifadəyə verilməsi 3 mərhələdə reallaşdırılacaq. Lakin qlobal bazarda MIUI 12 iki mərhələ çərçivəsində istifadəyə veriləcək.

    Belə ki, artıq gələn ayın sonunda Mi 9, Mi 9T, Mi 9T Pro, Redmi K20Redmi K20 Pro smartfonlarının istifadəçiləri MIUI 12-ni əldə edə biləcəklər. İkinci mərhələnin nə zaman baş verəcəyi bilinmir. MIUI 12-nin qlobal versiyasının beta testi gələn həftə başlayacaq. Həmin beta testdə iştirak etmək üçün Mi Community tətbiqi vasitəsilə sorğu göndərmək lazımdır. Şirkət qlobal bazarda MIUI 12-ni əldə edəcək smartfonların siyahısını təqdim edib:


- Pocophone F1 / Poco F1

- Poco F2 Pro

- Poco X2

- Redmi Y2

- Redmi Y3

- Redmi S2

- Redmi 6 / Redmi 6A / Redmi 6 Pro

- Redmi 7 / Redmi 7A

- Redmi 8 / Redmi 8A / Redmi 8A Dual

- Redmi Note 5 / Redmi Note 5 Pro

- Redmi Note 6 Pro

- Redmi Note 7 / Redmi Note 7S / Redmi Note 7 Pro

- Redmi Note 8 / Redmi Note 8T / Redmi Note 8 Pro

- Redmi Note 9 / Redmi Note 9S / Redmi Note 9 Pro / Redmi Note 9 Pro Max

- Mi 8 / Mi 8 Pro / Mi 8 Lite

- Mi 9 SE / Mi 9 Lite

- Mi 10 / Mi 10 Pro / Mi 10 Lite

- Mi Note 3

- Mi Note 10 / Mi Note 10 Lite

- Mi Max 3

- Mi Mix 2 / Mi Mix 2S

- Mi Mix 3.



DAHA ÇOX


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..


CMF Buds Pro naqilsiz qulaqlığı və CMF Power şarj adapteri təqdim olunub - QİYMƏ..

Nothing şirkətinin CMF subbrendi CMF Watch Pro smart saatı ilə yanaşı həmçinin CMF Buds Pro naqilsiz..


Nothing-in CMF brendi öz ilk smart saatını təqdim edib - QİYMƏTİ

Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smart saatı CMF Watch Pro-nu təqdim edib.


Snapdragon 8 Gen 3-ün qrafik çipi Geekbench testlərindən keçib

Qualcomm gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb..

Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 FE planşet seriya..

×