main-post-cover

    MIUI 12 istifadəçi interfeysinin təqdimat tarixi elan edildi

    Elm & Texnologiya
    21.04.2020
    Emil Nəcəfov
        Xiaomi şirkəti sonunda özünün MIUI 12 istifadəçi interfeysinin təqdimat tarixini açıqladı. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə şirkətin təqdim etdiyi rəsmi posterə əsasən MIUI 12 istifadəçi interfeysi 27 aprel tarixində təqdim olunacaq. Təqdimat tədbiri Çində keçiriləcək. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə internetdə MIIUI 12-nin screenshot fotoları ortaya çıxmışdı. MIUI 12 yenilənmiş interfeys ilə multitasking menyusu və yeni naviqasiya jestlərini əldə edəcək.
        Bundan əlavə olaraq gözləntilərə əsasən MIUI 12-də bildirişlərin qruplaşması üzrə yeni alqoritmi, qlobal Dark Theme rejimi və s. özəlliklər olacaq. MIUI 12 ilə birlikdə Xiaomi şirkəti həmçinin Mi 10 Youth Edition smartfon modelini də təqdim edəcək. Daha öncədən güman edilirdi ki, bu smartfon Mi 10 Lite modelinin kopyası olacaq. Lakin rəsmi fotolardan belə qənaətə gəlmək olar ki, bu heç də belə olmayacaq. Belə ki, Mi 10 Youth Edition modeli Mi 10 Lite modelindən 50 qat zoom özəllikli periskop kamera ilə fərqlənəcək.
    Linki kopyala