main-post-cover

    MIUI 12 istifadəçi interfeysinin fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    02.04.2020
    Emil Nəcəfov
        Xiaomi şirkəti artıq bir neçə müddətdir ki, MIUI 12 interfeysi üzərində çalışır. İndi isə internetdə onun ilk fotoları ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən fotoları Xiaomi-nin Çin üçün nəzərdə tutulmuş forumunun iştirakçılarından biri paylaşıb. Beləliklə MIUI 12-də nəzərə çarpan ilk özəlliklər sırasında bir qədər dəyişilmiş interfeys, yenilənmiş multitasking menyusu və Android 10-dakı kimi yeni naviqasia jestləri var. Tətbiqlər arasındakı keçidi reallaşdırmaq üçün aşağı hissədəki zolağı sola və ya sağa sürüşdürmək lazımdır.
        Ana ekrana keçid prosesi isə ekranın kənarından swype olunmaqla reallaşdırılır. Bundan əlavə olaraq MIUI 12-də kamera tətbiqinin interfeysi dəyişiləcək, bildirişlərin qruplaşdırılması üçün yeni alqoritm işə salınacaq və qlobal Dark Theme rejimi istifadəyə veriləcək. Təbii ki, ortaya çıxmış fotolar MIUI 12-nin final versiyasına aid deyillər. Buna görə də final versiyada bir çox şey fərqlənə bilər. Məlumata əsasən MIUI 12-nin təqdimatı bir neçə ay ərzində baş tutmalıdır.
    Linki kopyala