main-post-cover

    MIUI 12 ilə Xiaomi smartfonlarına gələn 10 möhtəşəm yenilik (Siyahı)

    Elm & Texnologiya
    08.05.2020
    Nijat Hamid
            Xiaomi şirkəti keçdiyimiz günlərdə MIUI 12 interfeysini təqdim etmişdi. Bir çox yenilik ilə gələn yeni interfeys şirkət rəsmilərinin dediklərinə görə tamamilə 0-dan hazırlanıb. Qeyd edək ki, stabil halda Xiaomi smartfonlarına Sentyabr-Oktyabr aylarında göndəriləcək. Lakin 19 Maydan etibarən Qlobal Beta versiyaları istifadəçilərə açıq olacaq. O zaman gəlin MIUI 12 ilə gələn 10 möhtəşəm yeniliyə baxaq.

    1. MIUI 12 ilə yeni ikonlar, yeni yazı fontları və daha axıcı animasiyalar Xiaomi smartfonlarına gəlir!

            Şirkət istifadəçilərin tələblərini nəzərə alaraq MIUI 12-ni sıfırdan hazırlayır. Beləliklə ikon paketləri dəyişir, yeni yazı fontu əlavə edilir və tətbiqlərin açılış animasiyaları daha axıcı hala gətirilir. Qeyd edək ki, default yazı fontu olaraq Roboto qalmağa davam edəcək, lakin yeni oval xətlərə malik başqa yazı fontu sistemdə olacaq. İstəyən istifadəçilər yeni yazı fontuna keçid edə biləcəklər.

    2. Köhnə bildiriş paneli yeni iOS tərzində daha funksiyalı İdarə Mərkəzi (Control Centre) ilə əvəz olunur!

            Bəli. Nə düşündüyünüzü bilirik. iOS-a çox bənzəyir. Biz də sizin kimi düşünürük. Apple əməliyyat sistemi olan iOS-un son versiyalarında əlavə edilən İdarə Mərkəzi (Control Center) Xiaomi tərəfindən MIUI 12 interfeysinə uyğun olaraq adaptasiya edilib. Bu paneldə yerləşəcək bütün qısayolları öz istədiyiniz kimi dəyişə biləcəksiniz. İdarə mərkəzini açmaq üçün ekranın sağ tərəfindən aşağıya doğru sürüşdürməli olacaqsınız, bildirişləri tam halda görə bilmək üçün isə ekranın sol tərəfindən aşağıya doğru sürüşdürməli olacaqsınız. Qeyd edək ki, MIUI 11-də olan köhnə bildiriş panelinə geri dönmək üçün Ayarlarda istifadəçiyə seçim veriləcək. 

    3. Saf Android 10 ilə birliktə gələn yeni gəzinmə hərəkətləri MIUI 12 ilə istifadəçilərə təqdim edilir. 

            Google tərəfindən saf Android 10 ilə birliktə istifadəçilərə təqdim edilən gəzinmə hərəkətləri MIUI 11-də yox idi. Çox güman ki, Google məcburiyyətləri səbəbilə Xiaomi bu səfər MIUI 12 ilə bu funksiyanı gətirdi. Təşəkkür edirik, Google!

    4. Tətbiqlərin sıralama pəncərəsi köhnə stil ilə geri qayıdır.

            Xiaomi istifadəçiləri bilir ki, smartfonda bütün tətbiqlər ana ekrana və digər ekranlara yığılır. Yəni digər smartfonlarda olduğu kimi tətbiqlərin siralandığı bir ekran olmur. Xiaomi bu funksiyanı bəzi MIUI 11 ilə işləyən smartfonlara gətirsə də, MIUI 12 ilə birliktə bütün smartfonlara gətirəcək. Və seçim istifadəçiyə veriləcək. İstəsəniz yenə bütün tətbiqlər ana ekran və digər ekranlarda yığılacaq və ya tətbiq pəncərəsində sıralanacaq.

    5. Ayarlar menyusuna yeni animasiyalar əlavə olunacaq! Daha axıcı interfeys sizləri gözləyir.

            Animasiyalar sadəcə tətbiqlər İdarə mərkəzinə aid deyil. Həmçinin Ayarlar menyusuna da yeni animasiyalar əlavə olunub. Məsələn smartfonun batareya dəyərlərini göstərən menyu daha axıcı və gözə xoş görünən bir menyuyla əvəzlənib.

    6. Sürüşdürülə bilən pəncərələr MIUI 12-də olacaq.

            MIUI 12 interfeysində çoxlu pəncərələr funksiyasını təkmilləşdirmək üçün Xiaomi sürüşdürülə bilən pəncərələr adında başqa bir funksiya daha əlavə edir. Beləliklə bir tətbiqi istifadə edərkən digərini kiçik pəncərə halına gətirib ekranın istənilən nöqtəsinə sürüşdürərək hərəkət etdirə biləcəksiniz. Həmçinin açılan pəncərinin ölçülərini kiçildib böyüdə biləcəksiniz.

    7. Mi Share funksiyası ilə Xiaomi, Oppo, Vivo və Realme smartfonları arasında sürətli fayl transferi etmək mümkün olacaq.

            Bu funksiya Xiaomi, Oppo, Vivo Realme şirkətləri tərəfindən birliktdə hazırlanıb. Lakin hər şirkət bu funksiyaya özünəməxsus bir ad verib. Xiaomi də Mi Share adını verdi. Mi Share funksiyasını həmçinin Mi RedMi noutbukları ilə də fayl transferi zamanı istifadə edə biləcəksiniz.

    8. Qaleriya və Fayl Meneceri-nə Xatirələr (Memories) adı verilən yeni funksiya əlavə olundu! 

            MIUI 12 ilə gələn bu yenilik hesabına istifadəçilər şəkil və videolarından kolajlar düzəldə biləcəklər. Həmçinin hazırlanan bu kolajların üzərinə mətn əlavə etmək, effekt vermək mümkün olacaq. Kolajdan əlavə qısa videolar da hazırlamaq mümkün olacaq.

    9. Sağlıqla bağlı bəzi yeniliklər MIUI 12 interfeysi ilə birliktə gələcək.

            Xiaomi istifadəçilərinin qayğısına qalmağı da istəyir. Bunun üçün sistemdə əvvəldən var olan addım sayan tətbiqə qaçış, velosiped və pilləkən çıxma kimi davranışlar üçün avtomatik izləmə dəstəyi əlavə olunur. Əlavə olaraq gecələri istifadəçinin davranışları və səsi əsasında işləyən yeni Yuxu İzləmə sistemi də MIUI 12 ilə gələcək. Mi Healt tətbiqi isə artıq hərəkət izləmə funksiyasına malik olacaq. Yəni istifadəçi neçə dəfə oturub qalxıbsa bu haqda istifadəçiyə bildiriş göndərə biləcək.

    10. Süni Zəka ilə zəng dəstəyi MIUI 12 ilə gələcək. Təəssüf ki, sadəcə Çinə özəl olacaq.

            Xiaomi-nin səsli asisteni olan XiaoAİ, Google-un səsli asistentinə bənzər bir funksiyaya malik olacaq. Bu funksiya əsasən eşitmə və danışma problemi olan istifadəçilər üçün nəzərdə tutulur. Süni Zəka vasitəsilə bəzi səsləri kopyalamaq və bəzi sualları cavablamaq mümkün olacaq. Hələlik bu funksiya Çin dilinin Mandarin ləhcəsinə uyğun olaraq işləyir. Lakin güman edilir ki, Xiaomi bunu Qlobal səviyyədə istifadəçilərə təqdim edəcək.

    Technote olaraq MIUI 12 ilə gələn ən əsas 10 yeniliyi sizə çatdırdıq. Lakin daha bir çox xırda yeniliklər də MIUI 12-də olacaq. Bizi izləməyi davam edin.

     
     
    Linki kopyala