main-post-cover

    MIUI 11-in kodunda yeni Redmi smartfonları aşkar edilib

    Elm & Texnologiya
    02.03.2020
    Farid Pardashunas
        XDA-Developers saytının istifadəçlərindən biri MIUI 11 China Dveleoper ROM-un yeni versiyasının kodunda axtarışlar apararaq maraqlı məlumata rast gəlib. Belə ki, istifadəçi sözügedən sistemin kodunda Redmi brendinin hələ təqdim edilməmiş smartfon modellərinin adlarını aşkar edib. Aşkar edilmiş smartfonlar isə bunlardır: Redmi K30 Pro, Redmi K30 Pro Zoom Edition, Redmi Note 9 Redmi 10X 4G.
        İlk iki smartfon modeli flaqman cihazlar seriyasına daxil olacaqlar və Snapdragon 865 prosessoru ilə təchiz olunacaqlar. Çox güman ki, Zoom Edition modelinin adi K30 Pro-dan tək fərqi ondan ibarət olacaq ki, o, optik zoom özəllikli kameraya sahib olacaq. Sözügedən iki smartfon modeli artıq bu ay təqdim olunmalıdır. Yerdə qalan digər smartfonlar barəsində məlumat əks olunmayıb və onların nə zaman təqdim olunacaqları da bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər