Reklam
M2 prosessorlu yeni MacBook Air və MacBook Pro təqdim olunub - QİYMƏTİ

M2 prosessorlu yeni MacBook Air və MacBook Pro təqdim olunub - QİYMƏTİ

Texnologiya
07.06.2022 PAYLAŞIM

    WWDC 2022 konfransı çərçivəsində Apple şirkəti 5 nanometrlik M2 prosessoru ilə təchiz olunmuş yeni MacBook Air MacBook Pro modelini təqdim edib. İlk öncə MacBook Air 2022 modelindn başlayaq. Sözügedən noutbuk Apple şirkətinin yeni prosessorunu əldə etməklə yanaşı həmçinin xarici görünüşcə 14 düym ekranlı MacBook Pro-ya bənzəməyə başlayıb. Bundan əlavə olaraq MacBook Air 2022 modeli naqilsiz MagSafe şarj texnologiyasını, 2 ədəd Thunderbolt girişini (USB Type-C) və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş ənənəvi 3.5 mm-lik audiogirişi əldə edib. Yeni MacBook Air 2022 modelinin qalınlığı cəmi 11 mm, çəkisi isə 1.22 kq-dır. Ekran ətrafı nazik çərçivələr hesabına yeni noutbukun ekran ölçüsü bir qədər böyüyüb.


    Belə ki, MacBook Air 2022 modeli 13.6 düym Liquid Retina ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşdirilib və ora quraşdırılmş ön kamera 1080p keyfiyyətini dəstəkləyir. M2 prosessoru ilə yanaşı MacBook Air 2022 modeli 8/16/24 GB RAM, 256 GB və 2 TB daxili yaddaş həcmi ilə təchiz olunub. Noutbukda passiv soyutma sistemi reallaşdırılıb. Yəni o, soyutma pərlərinə sahib deyil. Noutbuk həmçinin Magic Keyboard klaviaturasına sahibdir və yandırıb/söndürmə düyməsinə Touch ID texnologiyası inteqrasiya edilib.

    Yeni MacBook Air-də olan batareya bir dəfə şarj olunandan sonra noutbukun 18 saat ərzində çalışmasını təmin edir. Qeyd etmək lazımdır ki, noutbuk sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Bunun hesabına noutbuk 50% enerjini 30 dəqiqəyə yığa bilər. Noutbukda həmçinin MagSafe adlı maqnitli naqilsiz şarj tenxologiyasının dəstəyi reallaşdırılıb. MacBook Air 2022-nin gövdəsinə 4 ədəd səsgücləndirici inteqrasiya edilib. Yeni MacBook Air 2022 modeli gələn ay satışa çıxacaq və onun qiyməti 1199$-dan başlayacaq.

    Yenilənmiş 13 düym ekranlı MacBook Pro 2022 modeli xarici görünüşcə 2020-ci ildə satışa çıxmış M1 prosessorlu MacBook Pro-dan heç də fərqlənmir. Hətta yeni təqdim edilmiş MacBook Pro-da sensorlu Touch Bar paneli də olduğu kimi qalıb. Əsas dəyişiklik texniki özəlliklər ilə bağlıdır. Belə ki, MacBook Air 2022 modeli kimi MacBook Pro 13 2022 modeli də Apple şirkətinin yeni M2 prosessoru ilə təchiz olunub. Bundan əlavə olaraq yeni model özündə 24 GB-a kimi RAM-ı və 2 TB-a kimi olan daxili yaddaş həcmini birləşdirir. Noutbukun batareyası bir dəfə şarj olunandan sonra 20 saat ərzində çalışa bilir. Bundan əlavə olaraq yeni MacBook Pro modelində aktiv soyutma sistemi reallaşdırılıb və o, soyutma üçün nəzərdə tutulmuş bir ədəd pərə sahibdir. Digər özəlliklər baxımından isə noutbuk 2020-ci ildə satışa çıxmış MacBook Pro modelini xatırladır. Qeyd etmək lazımdır ki, MacBook Pro 2022 modeli gələn ay satışa çıxacaq və onun satış qiyməti 1299$-dan başlayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə havadan CO2 qazının yığılmasına v..


Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Deutsche Telekom, Orange, Telefonica və Vodafone mobil operatorları holoqram formatında videozənglər..


Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.


NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosesso..

NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim ..


NIVIDA şirkəti GeForce RTX 4000 videokart seriyasını təqdim edib - QİYMƏTİ..

NVIDIA şirkəti rəsmi olaraq yeni GeForce RTX 4000 videokart seriyasnı təqdim edib.


Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləy..

SpaceX şirkəti Starlink peyk internetinin yer səthindən 9000 metr hündürlükdə Youtube və Netflix-i ə..

×