main-post-cover

    Linux-un atası Linus Torvalds illər sonra AMD prosessora keçdi: Niyə?

    Elm & Texnologiya
    29.05.2020
    Nijat Hamid
            Linus Torvalds, Linux əməliyyat sisteminin atası kimi tanınır. Linux 5.7-rc7 kernelinin təqdimatında həm Linux, həm də Git qurucusu olan Linus Torvalds özü haqqında bəzi məlumatlar verdi. Bunlardan ən maraqlısı isə illər sonra Intel prosessorlardan AMD-nin yeni Zen arxitekturasında qurulan prosessoruna keçid etməsi oldu.

    Linus Torvalds evindəki şəxsi kompüterində Intel prosessoru yerinə AMD Ryzen Threadripper prosessoruna keçid etdi.

            Linus Torvalds, Intel Portland komandasına yaxınlığı ilə tanınırdı və uzun illərdir ki, şəxsi kompüterində Intel prosessorlarından istifadə edirdi. 15 il sonra ilk dəfə Intel əvəzinə AMD prosessora keçid edən Linux qurucusu bunun səbəblərini də açıqladı. Linus-a görə şəxsi kompüterindəki işləri görmək üçün artıq Intel prosessorları yetərli deyil. AMD Ryzen Threadripper 3970X prosessoruna keçid edərək bütün işlərini sürətləndirdiyini vurğulayan Torvalds, həmçinin bir gün ARM prosessorlu kompüter də istifadə etmək istədiyini bildirdi. Git qurucusunun dediklərinə görə AMD prosessora keçid edəndən sonra bütün test prosedurları 3 dəfə sürətlənib.
            AMD Ryzen Threadripper 3970X və diğər Threadripper prosessorları kernel hazırlayan şəxslər üçün, əsasən da geniş kod bazası yaradan insanlar üçün ən yaxşı alternativ kimi görünür. Nüvə sayında rəqibsiz olan AMD, Intel-in ən çox 18 nüvəyə qədər dəstək verən CoreX prosessorlarını belə keçir. Qeyd edək ki, Threadripper 3970X prosessoru 32 nüvəyə64 iş parçacığına malikdir.
    Linki kopyala