main-post-cover

    LG yeni büdcəli smartfon modeli olacaq LG W10-nun təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    24.06.2019
    Emil Nəcəfov
        1 ay ərzində ortaya çıxmış çoxlu sayda məlumat sızıntılarından sonra LG şirkəti özünün LG W adlı yeni büdcəli smartfon seriyasının ilk cihazının təqdimat tarixni elan etdi. Bu barədə Fonearena saytna istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən smartfon LG W10 adlanacaq və onu 26 iyun tarixində Hindistanda təqdim edəcəklər. Şirkətin yeni büdcəli smartfon seriyası Galaxy M ilə Redmi seriyalarına rəqib olmağa hazırlaşır.

        Son məlumat sızıntlarına əsasən LG W seriyasının ilk smartfon modeli HD+ keyfiyyətli 6.2 düym ekran, ekran üzərində damcı formalı çıxıntı hissə, 12 nanometrlik texnoloji proses əsasında hazırlanmış 2.0 GHz tezlikli 8 nüvəli prosessor (MediaTek Helio P22, Helio P60 və ya Snapdragon 439), 3/4 GB RAM, 4000 mAh enerji tutumlu batareya, üçlü arxa kamera və USB-C girişi ilə təchiz olunacaq. Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışmalıdır. LG W10-nun 150$ qiymətində satılacağı güman edilir.
    Linki kopyala