LG V60 ThinQ flaqman smartfonunun ilk press render fotosu ortaya çıxdı
Elm & Texnologiya
22.02.2020
Farid Pardashunas
LG-in yeni flaqman smartfon modeli olacaq LG V60 ThinQ-in ilk press render fotosu ortaya çıxıb. Bu barədə Androidheadlines saytı xəbər verib. Ortaya çıxmış press render fotodan smartfonun çərçivələrinin qalınlıqlarını müşahidə etmək çətindir. Lakin diqqətlə baxandan sonra görmək olar ki, smartfon ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib.
Smartfonun sol kənarında səsin tənzimlənməsi və Google Assistant səsli köməkçisinin işə salınması düymələri yerləşdiriib. Fotoda görünməsə də güman etmək olar ki, yandırıb/söndürmə düyməsi smartfonun sağ kənarında yerləşdirilib.Lakin maraqlısı ondadır ki, ortaya çıxmış fotodan da görmək olar ki, smartfon ekranında 24 fevral tarixi əks olunub. Çox güman ki, məhz həmin gün şirkət sözügedən flaqman smartfon modelini təqdim edəcək.
Qeyd etək lazımdır ki, LG V60 ThinQ smartfonu MWC 2020 sərgisində təqdim olunmalı idi. Lakin koronavirus səbəbilə bu il sərgi ləğv edildi. LG şirkəti isə smartfonun təqdimat tarixi barəsində hələ heç bir məlumat verməyib. Son məlumat sızıntılarına əsasən LG V60 ThinQ modeli 6.7 və ya 6.9 düym ekran, Snapdragon 865 prosessoru, 5G modemi, 5000 mAh enerji tutumlu batareya və dördlü arxa kamera ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)