main-post-cover

    LG şirkəti də üç arxa kameralı büdcəli smartfon üzərində çalışır

    Elm & Texnologiya
    03.06.2019
    Emil Nəcəfov
        LG şirkəti də Samsung-un ardınca özünün büdcəli smartfonlar siyasətinə yenidən nəzər yetirməyi qərara alıb və beləliklə şirkət hal hazırki trend özəllikəri özündə birləşdirəcək yeni büdcəli smArtfon modeli üzərində çlışır. Hindistanın 91mobiles adlı saytı LG şirkətinin bu smartfonu barəsində bəzi məlumatları və hətta render fotolarını da təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib.

        Beləliklə təqdim olunmuş məlumata əsasən LG şirkətinin yeni büdcəli smartfon modeli qradient rəngli gövdəyə və üçlü arxa kameraya sahib olacaq. Render fotolardan da görmək olar ki, smartfonun arxa kameralarının yerləşmə tərzi bir növ Xiaomi Mi 9 modelini xatırladır. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, smartfon genişformatl FullVision ekranına, arxa paneldən barmaq izi skanı texnologiyasına və şirkətin V ilə G flaqman seriyalarının bəzi özəlliklərinə sahib olacaq.

        Sözügedən cihazın hansı ad ilə satışa çıxacağı və onun hansı platforma əsasında çalışacağı barəsində bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, smartfon Snapdragon 400 və ya 600 seriyasından olacaq prosessor ilə təchiz olunacaq. Yeni smartfon artıq yaxın zamanda Hindistanda təqdim olunmalıdır. Dəqiq təqdimat tarixi isə bilinmir.
    Linki kopyala