LG şirkəti daha bir 3 ekranlı qatlana bilən smartfon modelinin patentini əldə etdi

LG şirkəti daha bir 3 ekranlı qatlana bilən smartfon modelinin patentini əldə etdi

Texnologiya
12.08.2019 PAYLAŞIM

    Dünən LG şirkəti daha bir qatlana bilən smartfon modelinin patentinin təsdiqini əldə etdi. Bu barədə Letsgodigital saytına istinadən Gagadget saytı xəbər verib. Patent fotolarından görmək olar ki, qatlana bilən smartfon modeli Samsung şirkətinin Galaxy Fold smartfonuna bənzəyir. Lakin Galaxy Fold-dan fərqli olaraq LG şirkətinin əldə etdiyi yeni patentdəki qatlana bilən modeli Z-Fold sisteminə sahibdir.


    Yəni smartfonun üçüncü ekranı cihazın ön panelinin üzərinə yerləşdirilir. Bu üsul ilə isə lazım olduğu halda smartfon ekranını 3 dəfə genişləndirmək olar. Fotolarda əks olunmuş smartfon modeli USB də daxil olmaqla heç bir digər girişə sahib deyil. Ola bilər ki, smartfon yalnız naqilsiz şarj texnologiyası ilə təchiz olunsun. Yaxın gələcəkdə çətin ki, biz LG şirkətindən bu cür smartfonun satışını görək. Lakin buna baxmayaraq sözügedən patentdəki smartfon çox maraqlı görünür.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Apple bu il kompakt ölçülərə sahib iPhone 12 mini smartfon modelini təqdim edə b..

Son illərdə Apple şirkəti hər il 2 və ya 3 iPhone modeli təqdim edir. Qeyd etmək lazımdır ki, bu ili..


Apple şüşə materialdan hazırlanmış gövdəyə sahib iMac-ın patentini əldə etdi..

ABŞ-ın patent bürosu Apple şirkətinin yeni patent sorğusunu təsdiqləyib. Həmin patent sorğusunda şir..


Poco X2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran əldə edəcək..

Xiaomi-nin müstəqil şəkildə fəaliyyət göstərən Poco brendi dünən öz yeni smartfon modeli olacaq Poco..


Pulsuz antivirus Avast milyonlarla istifadəçi məlumatını satmaqda günahlandırılı..

Pulsuz versiyası olan Avast antivirusunun şirkəti milyonlarla istifadəçi məlumatını satmaqda günahla..


Motorola-nın yeni flaqman smartfon modelinin təqdimat tarixi məlum oldu

Biz artıq dəfələrlə xəbər vermişik ki, Motorola şirkəti bu il flaqman smartfonlar seqmentinə geri qa..


Qatlana bilən Galaxy Z Flip smartfonu Galaxy S20-dən bir qədər sonra təqdim olun..

Son məlumatlarda qeyd olunurdu ki, Samsung şirkəti 11 fevral tarixində Galaxy S20 flaqman smartfon s..