main-post-cover

    LG şirkəti büdcəli W seriyasına daxil olacaq daha bir smartfon üzərində çalışır

    Elm & Texnologiya
    25.06.2019
    Farid Pardashunas
        Artıq sabah LG şirkəti Hindistanda özünün LG W adlı yeni büdcəli smartfon seriyasının ilk cihazı olacaq LG W10 modelinin təqdimatını keçirdəcək. Lakin əldə olunmuş yeni məlumatlara əsasən şirkət bu seriyaya daxil olacaq daha bir smartfon modeli üzərində də çalışır. Bu barədə 91mobiles saytna istinadən Gagadget saytı xəbər verib. 91mobiles saytı LG W seriyasına daxil olacaq ikinci smartfon modelinin posterini və onun barəsində olan məlumatları paylaşıb.

        Beləliklə məlumata əsasən ikinci smartfon modeli LG W30 adlanacaq. O da LG W10 kimi üzərində damcı formalı çıxıntı hissəyə sahib ekran ilə təchiz olunacaq. LG W30 modeli 3 rəngdə satışa çıxacaq: Aurora Green, Gradient Blue və Black. Məlumat sızıntısında smartfonun texniki göstəriciləri barəsində məlumat verilməyib. Lakin gözləntilərə əsasən LG W30 arxa paneldən barmaq izi skanı texnologiyasına və 3 kamera moduluna sahib olacaq. LG W30 modeli 15 iyul tarixində Hindistanda təqdim olunmalıdır. Məlumata əsasən o eksklüziv olaraq Amazon saytında satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər