LG-nin Velvet adlı yeni smartfon modelinin rəsmi videosu təqdim olundu (VİDEO)

LG-nin Velvet adlı yeni smartfon modelinin rəsmi videosu təqdim olundu (VİDEO)

Texnologiya
20.04.2020 PAYLAŞIM

    LG şirkəti satışa çıxmağa hazırlaşan yeni smartfon modelinin rəsmi videotizerini təqdim edib. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun dizayn fotoları hələ keçən həftə ortaya çıxmışdı. Şirkətin LG Velvet adlı yeni smartfon modelinin əsas özəlliyi ondan ibarətdir ki, o, əvvəlki LG smartfonlarından fərqlənən yeni dizayna sahibdir. Bundan əlavə olaraq onun adında heç bir rəqəm yoxdur. Bu barədə 9to5google saytı xəbər verib.

    Beləliklə təqdim edilmiş rəsmi videotozerə əsasən smartfon kənarları bir qədər əyilmiş dizayna sahib olacaq. Onun gövdəsinin aşağı hissəsində 3.5 mm-lik audiogiriş yerləşəcək. LG Velvet üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfonun sağ kənarında yandırıb/söndürmə düyməsi, sol kənarında isə səsin tənzimlənməsi düymələri yerləşəcəklər.


    Barmaq izi skanı texnologiyası çox güman ki, ekrana interqasiya edilib. Bundan əlavə olaraq ön kamera smartfon ekranının yuxarı hissəsindəki damcı formalı çıxıntının daxilində yerləşdirilib. Şirkət sözügedən smartfon modelinin dəqiq texniki göstəriciləri barəsində məlumat vermir. Yeganə məlum olan odur ki, LG Velvet modeli Snapdragon 765G prosessoru vasitəsilə çalışacaq. LG Velvet-in təqdimatı 15 may tarixində baş tutacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.


Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş..


Bu ilin sonunda smart silahlar satışa çıxacaqlar

Silah istehsalı ilə məşğul olan bir neçə şirkət bu ilin sonunda smart silahları satışa çıxardacaqlar..


Apple qarışıq reallıq cihazının hazırlanma mərhələsində texniki problemlər ilə q..

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti özünün ilk qarışıq reallıq (AR + V..


Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib..

Huaneng Power International (HPI) şirkəti Çinin şərqində yerləşən Şantun adlı vilayətdə günəş elektr..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar veri..

Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlum..

×