main-post-cover

    Lenovo Legion gamer smartfonunun rəsmi fotosu təqdim olundu

    Elm & Texnologiya
    18.03.2020
    Emil Nəcəfov
        Lenovo şirkəti indiyənə kimi özünün Legion seriyası altında gamer noutbuklarını istehsal edirdi. Lakin yaxın müddətdə həmin seriya altında daha bir cihaz təqdim olunacaq. Söhbət, Lenovo Legion adlı gamer smartfonundan gedir. Hələ bir neçə müddət bundan öncə şirkət təsdiqləmişdi ki, Lenovo Legion gamer smartfonunda təkmilləşdirilmiş soyutma sistemi və yüksək güclü sürətli şarj texnologiyası reallaşdırılacaq.
        İndi isə şirkət smartfonun dizaynını sərgilədi. Belə ki, Lenovo Legion smartfonunun rəsmi tizer fotosu təqdim edilib. Bu barədə Gizchina saytı xəbər verib. Şirkətin təqdim etmiş olduğu tizer foto smartfonun dizaynından əlavə olaraq onun üçün nəzərdə tutulmuş bir sıra aksessuarları da sərgiləyir. Həmin aksessuarlara keys, gamepad və naqilsiz qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj keysi var.
        Fotodan da görmək olar ki, smartfon ikili arxa kamera ilə təchiz olunacaq və həmin kameralar arxa panelin mərkəz hissəsində yerləşdiriləcək. Əvvəlki məlumat sızıntılarına əsasən Lenovo Legion smartfonu Snapdraogn 865 prosessoruna sahib olacaq və 55 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Şirkət hələ də Lenovo Legion gamer smartfonunun təqdimat tarixi barəsində bir məlumat vermir.
    Linki kopyala