main-post-cover

    Lenovo Legion gamer smartfonunun batareyası 100% enerjini rekord müddətə yığacaq

    Elm & Texnologiya
    15.04.2020
    Farid Pardashunas
        Lenovo şirkəti özünün Legion adlı ilk gamer smartfonu barəsində məlumatları tizer fotolar vasitəsilə təqdim etməyə davam edir. Bu barədə Gagadget saytı xəbər verib. Bir neçə müddət bundan öncə şirkət qeyd etdi ki, Lenovo Legion gamer smartfonu dünyanın ən sürətli şarj texnologiysını əldə edəcək. Söhbət, 90 vatt gücündə olan sürətli şarj texnologiyasından gedir. İndi isə şirkətin təqdim etdiyi yeni tizer fotosuna əsasən məlum olub ki, 4000 mAh enerji tutumlu batareya bu cür sürətli şarj texnologiyası sayəsində 100% enerjini 15 dəqiqəyə yığa bilər.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda ən rekord göstərici OPPO şirkətinin 65 vatt gücündə olan sürətli şarj texnologiyasındadır. Belə ki, OPPO şirkətinin texnologiyası sayəsində 4000 mAh enerji tutumlu batareya 100% enerjini 30 dəqiqə ərzində yığır. Son məlumata əsasən Lenovo Legion həmçinin qeyri adi xarici görünüşə, Snapdragon 865 prosessoruna, 5G modemə və ekranın 144 Hz tezlikli təsvir yenilənməsi özəlliyinə sahib olacaq. Smartfonun təqdimat tarixi barəsində hələ də bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər