main-post-cover

    Lenovo Legion gamer smartfonu mobil bazarın ən güclü sürətli şarj texnologiyasını əldə edəcək

    Elm & Texnologiya
    13.04.2020
    Farid Pardashunas
        Lenovo şirkəti hal hazırda Legion adlı gamer smartfon modeli üzərində çalışır və mütəmadi olaraq tizer fotolar vasitəsilə smartfonun sahib olacağı müxtəlif özəlliklər barəsində məlumatlar verir. Şirkət tərəfindən təqdim edilmiş yeni tizer fotosunda isə Lenovo Legion-un vacib özəlliklərindən biri əks olunub. Söhbət, sürətli şarj texnologiyasından gedir. Lakin məsələ burasındadır ki, Lenovo Legion-da olacaq sürətli şarj texnologiyası mobil bazarda ən güclüsü olacaq.
        Bu barədə Mydrivers saytı xəbər verib. Beləliklə şirkətin təqdim etdiyi tizer fotoya əsasən smartfonun sürətli şarj texnologiyası rekord 90 vatt gücündə olacaq. Bundan əlavə olaraq bəzi mənbələrin verdikləri məlumata əsasən Lenovo Legion həmçinin 5000 mAh enerji tutumlu batareya ilə də təchiz olunmalıdır. Bu cür gücdə olan sürətli şarj texnologiyası vasitəilə batareyanın hansı müddətə enerji yığacağı bilinmir. Smartfonun təqdimat tarixi barəsində hələki heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər