main-post-cover

    Lenovo Legion gamer smartfon modelinin yen fotoları və texniki özəllikləri sızdırıldı

    Elm & Texnologiya
    05.05.2020
    Farid Pardashunas
        XDA-Developers saytının jurnalistləri təqdimata hazırlaşan Lenovo Legion adlı gamer smartfon modelinin reklam videosunu və onun barəsində bəzi məlumatları aşkar ediblər. Beləliklə ortaya çıxmış fotolardakı smartfon dizaynı daha öncəki məlumat sızıntılarında əks edilmiş fotolarda olmuş smartfon dizaynından fərqlənir. Beləliklə fotolardan da görmək olar ki, Lenovo Legion qeyri adi dizayna sahib olacaq.
        Smartfon ikili arxa kamera ilə təchiz olunacaq və həmin kameralar arxa panelin mərkəzində işıqlandırma sisteminə yaxın yerdə yerləşdiriləcəklər. Ön kameraya gəldikdə isə onun yerləşmə yeri qeyri adi olacaq. Belə ki, smartfonun ön kamerası hərəkətli olacaq və smartfonun kənar hisəssində yerləşdiriləcək. Bununla yanaşı Lenovo Legion 2 ədəd USB-C girişinə sahib olacaq.
        Texniki özəlliklərə gəldikdə isə Lenovo-nun ilk gamer smartfonu Full HD+ keyfiyyətli və 144 Hz təsvir yenilənməli ekran, Snapdragon 865 prosessoru, LPDDR5 standartlı RAM göstəricisi, UFS 3.0 standartlı daxili yaddaş həcmi, 64 MP + 16 MP ikili arxa kamera və 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Lenovo Legion-un nə zaman təqdim olunacağı barəsində hələ də bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər