main-post-cover

    Kvant hesablama dövrü: Yeni elektron poçt protokolunu hətta kvant kompüteri də hack edə bilməyəcək

    Elm & Texnologiya
    25.05.2020
    Emil Nəcəfov
        Analitiklərin fikirlərinə əsasən insan sivilizasiyası kvant hesablamaları dövrünə yaxın gələcəkdə ayaq basacaq. Bununla belə bu məsələdə ən zəif nöqtələrdən biri elektron poçtlar qalırlar. Belə ki, hal hazırki reallıqda onlar mütəmadi olaraq hackerlərin hücumlarına məruz qalırlar. Buna görə də avropalı tədqiqatçılar yeni şifrələmə texnologiyası üzərində çalışırlar.

    Güman olunur ki, həmin şifrələmə texnologiyasını hack etmək mümkün olmayacaq və hətta gələcəkdəki kvant kompüterləri həmin şifrələmə texnologiyasından yan keçə bilməyəcəklər.

        Bu barədə 4pda saytı xəbər verib. PQmail adlı yeni layihə Tutanota elektron poçt servisinin müəllifləri ilə avropalı alimlərin birgə əməkdaşlığı çərçivəsində yaradılır. Sözügedən layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və yüksək səviyyədə qorunan elektron poçtun yaradılmasına yönəldilib. Kvant texnologiyaların kommersiyalaşdırılması bir çox insanlarda qorxu yaradır. Belə ki, bu halda bir kompüter hal hazırda mövcud olan istənilən şifrələmə sistemindən yan keçə biləcək.
        Tədqiqatçılar qeyd ediblər ki, yaradılan yeni şifrələmə sistemi məlumatları hətta  kvant kompüterlərin istifadəsi ilə üçüncü tərəflərə ötürməyərək məlumat mübadiləsinin qorunmasını yüksək səviyyəyə qaldıracaq. Hal hazırda mövcud olan postkvant alqoritmlərin qiymətləndirilməsi aparılır. Məhz həmin alqoritmlər vasitəsilə hibrid əlaqə protokolu yaradılacaq.
        O isə öz növbəsində Perfect Forward Secrecy-ni dəstəkləməlidir və Tutanota servisinin təhlükəsizlik xidmətinə inteqrasiya edilməlidir. Daha sonrakı mərhələdə yeni sistem bir sıra yoxlanışlardan keçəcək və kvant üsullarına dözümlü şifrələnməni əldə edəcək. Məlumatda qeyd edilib ki, öz elektron poçtunun təhlükəsizliyindən narahat olan hər bir şəxs tamamilə pulsuz şəkildə bu yeni protokoldan istifadə edə biləcək.
    Linki kopyala