main-post-cover

    Koronavirus Android 11-in təqdimat tədbirinin keçirilməsinə təsir etməyəcək

    Elm & Texnologiya
    02.03.2020
    Emil Nəcəfov
        Bu ilin may ayında Google şirkəti hər il ənənəvi şəkildə keçirilən Google I/O tədbirini keçirdəcək. Qeyd etmək lazımdır ki, bu tədbir ilk növbədə tərtibatçılar üçün təşkil olunur və tədbirin əsas hissəsi yeni Android versiyasının təqdimatına yönəlir. Bu il də istisna olmayacaq. Google I/O 2020 tədbirində Andorid 11 əməliyyat sistemi təqdim olunacaq.
        Bütün dünyada yayılan koronavirusa baxmayaraq Google şirkəti tədbirdən imtina etmək niyyətində deyil və bu səbəbdən artıq təqdimatda iştirak edəcək potensial iştirakçıları ilə danışıqlar aparmağa başlayıb. Bununla belə öz səhhətindən narahat olan şəxslərə Google xüsusi şərtlər də hazırlayıb. Bu barədə Gizchina saytı xəbər verib.
        Beləliklə MWC 2020 sərgisi də daxil olmaqla bir sıra böyük tədbirlərin ləğv edilməsinə səbəb olmuş koronavirus Google şirkətinə mane olmayacaq. Məlumata əsasən şirkət hal hazırda Google I/O 2020 tədbirində iştirak üçün bilet qazanmış şəxslər ilə danışıqlar aparır. Bundan əlavə olaraq şirkət tədbirdə iştirak edəcək digər iştirakçılara biletlərin alınması üçün ilk ödənişlərin ödənilməsi barəsində bildirişlər də göndərir. Qeyd etmək lazımdır ki, bu ilki Google I/O tədbiri 12-14 may tarixlərində keçiriləcək.
    Linki kopyala