main-post-cover

    Konica Minolta Optimized Print Services: Xərclərin azaldılması üçün effektiv idarəetmə

    Elm & Texnologiya
    27.05.2019
    Emil Nəcəfov
        Ofis texnologiyaları təkmilləşdikcə istifadəçi ehtiyacları da hər gün dəyişir. Müasir çap infrastrukturu printerlərin, çoxfunksiyalı cihazların, skanerlərin və faks avadanlıqlarının bir arada çalışdığı mürəkkəb bir şəbəkədir.
        Konica Minolta-nın Optimized Print Services (OPS - çap prosesinin optimallaşdırılması) konsepti, sənədlərin effektiv şəkildə yaradılmasına və sənəd axınını idarə etməyə imkan verən konsaltinq, çap avadanlıqları, proqram həlləri və sənəd dövriyyəsi sistemlərini özündə birləşdirir.
        Konsepsiya aşağıdakı 4 əsas prinsipi əhatə edir:
    Avadanlıq: Müştəri ehtiyaclarına uyğun olaraq cihazların yığılması, optimal biznes proseslərinin yaradılması və onların dəstəklənməsi,eləcə də əmlaka və ətraf mühitə mənfi təsirlərin optimallaşdırılması və azaldılması prosesidir.
    Proseslər: Məhsuldarlığı artırmaq və vaxta qənaət etmək üçün gündəlik sənəd axınını təhlil etmək, həmçinin gündəlik ehtiyaclarınıza və tapşırıqlarınıza cavab verən həllər yaratmaq.
    Maliyyə: Müxtəlif iş nümunələrinin təklifi -tam maliyyə şəffaflığı üçün müvafiq avadanlığın icarəsindən - illik nüsxə başına xidmət müqaviləsinədək.
    Təhlükəsizlik: Məlumatların qorunması ilə bağlı həllərin layihələndirilməsi və tətbiqi - istifadəçi identifikasiyası və məlumatların şifrələnməsindən, mürəkkəb şəbəkə informasiya təhlükəsizliyi həllərinin yaradılmasına qədər.
        OPS – hər bir ofis üçün ən yüksək rahatlıqdır. Siz öz işinizlə məşğul olmalısınız! Printer təmir etməyi, çap işərində effektivliyi təmin etməyi peşəkarlara həvalə edin.
        Halal-P şirkəti, Azərbaycanda Konica Minolta şirkətinin eksklüziv tərəfdaşıdır və Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət banklar, ofislər, poliqrafiya müəssisələri üçün müxtəlif növ avadanlıq və peşəkər xidmətlər təklif edir. Şirkətin məhsulları və xidmətləri haqqında daha ətraflı məlumatı Facebook və LinkedIn rəsmi səhifələrində və ya (012) 497-10-21 nömrəsinə zəng etməklə əldə edəbilərsiniz.
    Linki kopyala