main-post-cover

    Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    28.07.2021
    Farid Pardashunas
        OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni brendini yaratmışdı. İndi isə sözügedən brend öz ilk məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (1) adlı naqilsiz qulaqlıqlardan gedir. Şirkət öz ilk məhsulunda əsas diqqəti dizayna ayırıb. Buna görə də Nothing Ear (1) bazarda olan digər analoqlardan tamamilə fərqlənir. Nothing Ear (1) qulaqlıqları şəffaf şarj keysinə sahibdirlər. Bundan əlavə olaraq qulaqlıqların özləri də şəffaf hissələrə sahibdirlər. Bunun sayəsində istifadəçi qulaqlıqların daxilində olan elektronik hissələri görə bilər. Xarici görünüşcə qulaqlıqlar bir qədər Huawei FreeBuds Pro-nu xatırladırlar. Bundan əlavə olaraq qulaqlıqlarda 11.6 düym-lük dinamik drayverlərdən istifadə olunur.
        Nothing Ear (1) qulaqlıqları istifadəçi qulaqlarında olub olmadıqlarını təyin edə bilirlər. Buna görə də əgər istifadəçi qulaqlıqları öz qulaqlarından çıxartsa mahnı avtomatik şəkildə dayandırılacaq. Qulaqlıqları yenidən taxan zaman isə mahnı qaldığı yerdən davam edəcək. Bir sıra müasir qulaqlıqlarda olduğu kimi Nothing Ear (1) də ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir. Lakin istifadəçi istədiyi zaman bu funksiyanı deaktiv edə bilər. Bu halda o, ətrafdakı insanların danışıqlarını eşidə biləcək. İdarəetmə prosesi sensorlu panellərə toxunma sistemi vasitəsilə reallaşdırılıb.
        Bununla yanaşı qulaqlıqlar IPx4 standartı üzrə sudan qorunma özəlliyini də əldə ediblər. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 4.5 saat ərzində çalışa bilirlər. Şarj keysini də nəzərə alsaq, əlavə 25 saat çalışma müddəti təmin olunur. Qeyd etmək lazımdır ki, çalışma müddəti ətraf səs-küyün aktiv boğulmas funksiyasının aktiv olub-olmamasından asılıdır. Yuxarıda qeyd edilmiş çalışma müddəti bu funksiyanın aktiv halda olduğu zaman sərgilənir. Sözügedən naqilsiz qulaqlıqlar sürətli şarj texnologiyasını da dəstəkləyirlər. Bunun sayəsində 10 dəqiqə şarj olunmaqla qulaqlıqlar 1.2 saat çalşa bilirlər. Təbii ki, Nothing Ear (1)-də Qi standart üzrə naqilsiz şarj texnologiyasının dəstəyi də reallaşdırılıb. Nothing Ear (1) gələn ay satışa çıxacaq və Avropada 99 avro qiymətində satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər