main-post-cover

    Jevgeni Beloussov, 'Taxify'ın Bakıdakı strategiyası və planları haqqında 'Technote'a danışıb

    21.06.2017
    Farid Pardashunas

    Son günlərdə ölkəmizə səfər edən "Taxify"ın Avropa, Qafqaz və Afrika ölkələri üzrə genişləndirmə meneceri (Expansion Manager) - Jevgeni Beloussov, "Technote"a müsahibəsində "Taxify"ın uğurlu strategiyası və planları haqqında danışıb.

    Bakıda Taxify-ın ən məşhur və tələb olunan taksi xidmətlərindən biri olması fonunda mənim ilk sualım belə olacaq. Siz buna necə nail oldunuz, sirr nədədir və ümumilikdə sizi bu bazarda digər taksi xidmətlərdən hansı özəlliklər fərqləndirir?
    Müştəri, nəqliyyat növünü seçən zaman o, 3 vacib xüsusiyyətə fikir verir. Qiymət, keyfiyyət və əlçatanlıq. Yəni, müştəri üçün əsas olan qısa müddət ərzində kiçik vəsait ödəməklə yaxşı keyfiyyətli avtomobili sifariş etməkdir. Taxify-ı hal hazırda digər rəqiblərdən ayıran əsas özəlliklərdən biri onun qiymət siyasətidir. Taxify bu bazarda hələ cavan oyunçudur. Bizim, bazara daxil olmağımıza yönəlik əsas strategiyalarımızdan biri, müştəriyə sərfəli qiyməti təklif etməkdir. Bir qayda olaraq bu halda sürücü heçnə itirmir. Belə ki, təqdim olunan endirimlər məhz bizim tərəfimizdən subsidiyalaşdırılır.Yəni bu vəsaitləri biz sürücüyə yenidən geri qaytarırıq. Yaxın gələcəkdəki perspektivlər haqqında danışanda isə bizim, sürücüdən ən aşağı komissiyanı götürməyimiz faktının fonunda daha böyük komissiyalar götürən digər şirkətlərdən fərqli olaraq biz daha çevikik. Bir çox bazarlarda biz öz standart 15% payımızı götürürük. Bu isə nəticə etibarilə bizə həm sürücü, həmdə müştəri səviyyəsində qazanclı çıxmağımıza şərait yaradır. Hal hazırda bizim daimi müştərilərimiz üçün endirimlərimiz mövcuddur. Təii ki, gələcəkdəki perspektivdə biz həmin endirimi bir qədər aşağı salacağıq və bununla belə bizdə olan sürücülərdən aşağı dəyərli komissiya aldığımız üçün biz yenə də daimi şəkildə müştərilər üçün aşağı qiymət intervalını təqdim etməyə qadirik. Belə ki, bu halda sürücü hər zaman bizimlə çalışaraq daha qazanclı çıxacaq nəinki rəqiblə çalışan zaman. Məsələn biz 5% və ya 5%-dan aşağı göstəricili qiymətə sahib ola bilərik. Bununla belə heç nəyi subsidiyalaşdırmadan sürücü başa düşür ki, bizimlə çalışan müddətdə təmiz gəlir həmişə 5% çox olur. Məhz buna görə biz nəinki adi istifadəçilər arasında, həmçinin sürücü auditoriyasında da böyüməyə başlayırıq. Onlara bizim iş prinsipimiz xoş təsir bağışlayır. Onlar bizimlə daha yaxşı gəlir əldə edirlər. Biz bazarda ən yaxşı müştəri xidmətini təqdim etmək nailiyyəti uğrunda çalışırıq. Müştəri xidməti dedikdə isə burda həm xidmətdən istifadə edən adi müştəri, həmdə həmin xidməti təqdim edən sürücü nəzərdə tutulur. Biz hər iki tərəfə dəstək xidmətini təklif edərək bu və ya digər vəziyyətlərdə sözügedən iki tərəfə yardım etməyə çalışırıq.
    Digər ölkələrdə olan taksi servisləri ilə necə rəqabət aparırsınız? Yəni hansısa ölkə üzrə strategiya fərqliliyi var mı?
    Bakı bizim daxil olduğumuz və inkişaf edərək böyüdüyümüz yeganə bazar deyil. Bizim burda yaxşı və sürətli nəticələr əldə etməyimiz, bu cür strategiyanı digər bazarlarda də tətbiq etməyimizdən irəli gəlir. Və bizim indiki əsas tapşırığımız həmin strategiyanı bu bazarda təkrarlamaqdır. Strategiya isə çox sadədir. Artıq dediyim kimi daha aşağı komissiya götürmək hesabına biz müəyyən sürücü auditoriyasının marağını çəkirik. Birinci mərhələdə biz daha güzəştli qiymətlər sayəsində cəmiyyət arasında səs-küy yaradırıq. Bunun nəticəsində müştəri, rəqibdəki yüksək keyfiyyətli avtomobil səviyyəsinə yaxın avtomobili daha büdcəli qiymət müqabilində əldə edə bilir. Bəzən birinci mərhələdə yaşadığımız çətinlik, bu xidmətin əlçatan olmasını təmin etməkdir. Bu halda isə təəssüflər olsun ki, etiraf etmək lazımdır ki, müəyyən vaxt keçəndən sonra biz yeni sürücüləri əlavə edirik və bu proses tez bir zamanda reallaşmır. Buna görə də daha güzəştli qiyməti təqdim etmək üçün müştəri öz dəyərli vaxtından bir neçə dəqiqəni, gözləmə prosesinə qurban verməyə hazırdır. Bir qayda olaraq gözləmə vaxtını deyəndə mən məhz bir neçə dəqiqəni nəzərdə tuturam. 20-30% daha aşağı qiymət göstəricisini əldə etmək üçün müştərilər, 2-3 dəqiqə gözləməyə hazırdırlar. Bununla yanaşı keyfiyyət aşağı düşmür. Ümumi olaraq strategiya haqqında danışanda isə hal hazırda bizim biznesin təqribən 95%-i özəl sürücülərlə iş prinsipinə əsaslanır. Estoniyada biz bu işə başlayanda ilk öncə adi taksilərlə başlamışdıq. Lakin nəticədə biz əsasən sərhəddən kənarda yerləşən bu sənayedə yetərincə dəstək ala bilmədik. Bu xidmətin potensialında maraqlı ola biləcək sürücülərin tapılması prosesinin qurulması çox zaman aldı. Həmin vaxt ərzində digər taksi şirkətləri bizi tərəfdaş kimi deyil, rəqib kimi görürdülər. Bundan əlavə olaraq bizim yarandığımız Şərqi Avropada ənənəvi taksi, yaxşı şan-şöhrətə sahib deyil. İnsanlar bir qayda olaraq servisin keyfiyyəti, qiyməti və onların həmin servislər tərəfindən aldadılması qorxusundan yaranan mənfi rəylərə sahib olurlar. Özəl sürücülərlə isə vəziyyət tamamilə başqadır. Belə ki, bu qrup insanlar üçün bu işlə məşğul olmaq ilk növbədə hobbi xarakterini daşıyır. Onlar insanları harasa aparmağı, müəyyən şəhər haqqında məlumatlar verməyi sevirlər. Onlar bunu öz işləri ilə paralel görürlər. Bu cür iş prinsipinə Avropada rast gəlmək olar. Adi taksi sürücülərindən fərqli olaraq özəl sürücülərin müştərilərə qarşı ünsiyyətləri başqa cürdür. Məhz bu özəlliklər də müştərilərə xoş olan göstəricilərdəndir. Bu, Taxify-ya nəinki yerli, həmdə qlobal bazarda inkişaf etməyə yardımçı oldu.
    Bir çox insanlar sizin qiymət siyasətinizdən razıdırlar. Məhz buna görə Taxify-ya böyük tələbat var. Yaxın gələcəkdə sizin qiymət siyasətinizdə hansısa dəyişikliklər olacaq mı?
    Həqiqətən də bizim qiymət siyasətimiz, bir servis olaraq ilk işə başladığımız bir neçə ay ərzində güzəştli qiymətlər təqdim etməyə əsaslanır. Yarı qiymət hesabına səyahət təqdim etdikdən sonra biz tədricən həmin endirimi aradan qaldırırıq. Lakin bu hansı səbəbə görə baş verir? Məsələn biz, müştərinin sifariş etdiyi avtomobili qısa zamanda əldə edə bilmədiyi üçün bunu, ilkin mərhələdə olan endirimlə kompensasiya edirik. Əvvəldə də qeyd etdiyim kimi sürücülərin cəlb olunması prosesi tədricən reallaşır. Buna görə də müştəri, onda hansısa qiymət üstünlüyü olmadığı halda öz dəyərli vaxtını qurban etməyə hazır deyil. Keyfiyyət göstəricisinin hamıda eyni və standart olduğu üçün bu baxımdan rəqiblərlə rəqabət aparmaq qeyri-mümkündür. Məhz bu halda qiymət göstəricisi, inkişaf üçün yeganə göstəricilərdən biridir. Lakin müəyyən vaxtdan sonra servis inkişaf etdikcə biz tərəfdən avtomobili ən qısa müddət ərzində çatdırılmasi özəlliyinin yaxşılaşdırılmasını nəzərə alaraq biz həmin endirimləri tədricən aradan qaldıra bilərik. Bununla belə yaxşılaşdırılmış əlçatan göstəricisini təqdim edərək müştərilər, sifariş olunmuş avtomobili tez əldə etmək üçün bir qədər çox ödəmə etməyə hazırdırlar. Bu təbii prosesdir. Nəticə etibarilə biz də pul qazanmaq da maraqlıyıq. Buna görə də ilkin mərhələdə bizim təqdim etdiyimiz subsidiyalaşdırma prosesi müəyyən vaxtdan sonra tamamilə aradan qaldırılmalıdır.
    Taxify-ya tələbatın çox olmasının nəticəsində bəzən müştərilər avtomobil çatışmazlığı  səbəbilə taksi sifariş edə bilmirlər. Bu problemi necə aradan qaldırmağı düşünürsünüz?
    Çox yaxşı sualdır və onu da qeyd etməliyəm ki, bizə həm müştərilər, həmdə sürücülər tərəfindən çoxlu müraciətlər olur. Hal hazırda biz bu problemi komandamızın genişləndirilməsi hesabına aradan qaldırmağa çalışırıq. Lazım gəldikdə daha çox sürücünü cəlb etmək üçün biz əlavə resursları işə salırıq. Bundan əlavə olaraq sirr deyil ki, bizimlə artıq çalışan sürücülərin aktivliklərini qaldırmaq üçün bəzən biz, stimullaşdırıcı üsullardan da istifadə edirik. Məsələn müəyyən bonusların hesabına biz, sürücülərə, pik vaxtda çalışmaları üçün motivasiya veririk. Burda motivasiya üsulu kimi hətta müştəri üçün təqdim olunan bir qədər yüksək qiymət göstəricisi də ola bilər. Beləliklə biz daha çoxlu sürücünü, online rejimə çıxmaları üçün motivasiya edə bilərik. Müştəri daha tez avtomobili əldə etmək üçün bir qədər yüksək məbləğ ödəməyə hazırdır. Sürücü isə öz növbəsində bu zaman tez qazanc əldə edəcəyini bildiyi üçün onda, sistemə daxil olma marağı yaranır. Bu cür dinamik qiymət göstəricisinin yaranması hesabına tələbat və təklif arasında balans tapmaq olar.
    Bir çoxları üçün maraqlıdır ki, bu cür taksi servisinə necə işə düzəlmək olar və hansı göstəricilərə əsasən siz sürücüləri seçirsiniz?
    İlk öncə onu qeyd etmək istəyirəm ki, biz sürücüləri işə götürmürük. Biz, individual sahibkarlarla çalışırıq. Biz, müştəri ilə nəqliyyat xidmətini təklif edən sürücünü birləşdirən bir platformayıq. Bütün bu sürücülər lazımi lisenziyalara sahibdirlər. Yəni onlar xidmət təklif edən individual sahibkarlardır. Biz adi operator rolunu oynamırıq. Taxify daha çox proqram təminatını təqdim edən vasitəçi rolunu oynayır. Sürücülərin, müştərilərə lazımi xidməti göstərmələri üçün biz onlara proqram təminatının lisenziyasını təqdim edirik. Sürücülərin bu işə cəlb olunmaları prosesinə gəldikdə isə hər bir ölkədə olduğu kimi bizim riayət etdiyimiz bir sıra keyfiyyət göstəriciləri vardır. Sürücünün sahib olduğu avtomobil, sürücünün yaşı, onun sürücülük tarixçəsi, yol hərəkəti qaydalarının pozuntusunun olub-olmaması və əsasən sürücünün kriminal tarixçəsinin olub-olmamasının yoxlanılması. Yəni bu məsələyə kimi də yoxlanış gəlib çıxa bilir. Sürücülərin bizim müştərilərimizə keyfiyətli və təhlükəsiz xidmət təqdim etməsinə əmin olmaq, bizim əsas öhdəliklərimizdən biridir. Onu da qeyd etmək lazımdır ki, bəzən keyfiyyətli xidmət təklif etməyə hazır olmayan sürücüləri tam yoxlanışdan keçirtmək həmişə alınmır. Bu vəziyyətdə isə ən böyük yardım bizim komandadan deyil, məhz müştərilərdən gəlir. Belə ki, müştərilər hər bir səyahətdən sonra təqdim olunmuş xidməti qiymətləndirə bilərlər. Bizim sistem isə öz növbəsində avtomatik şəkildə rəyləri izləyir və müəyyən standartlar əsasında o, reytinqi normadan aşağı olan sürücüləri bloklayır. Beləliklə sistem, müştərilərin sayəsində tənzimlənir. Bu isə adi taksi şirkətləri üçün ənənəvi bir xüsusiyyət deyil. Bu mövzuda mobil tətbiqlərin çox böyük üstünlükləri var. Belə ki, onlar sistemi daha effektiv edir və nəticə etibarilə müştəri üçün təhlükəsizlik və rahatlıq kimi göstəricilərin nail olunmasında yardımçı olur.
    Son 2 il ərzində Bakıda çoxlu sayda taksi servisləri yaranıb və bu bir növ sabun köpüyünə bənzəyir. Bu haqda nə deyə bilərsiniz və bu sabun köpüyünün sonunda partlayacağını düşünürsünüzmü?
    Həqiqətən də son zamanlarda təkcə Bakıda deyil, həmdə bütün dünya üzrə bir çox tətbiqlər ortaya çıxır. Həmin tətbiqlər iri miqyasda banklar, vençur kapitalları və s. tərəfindən maliyyələşirlər. Bundan əlavə olaraq bir sıra tətbiqlər, lokal sahibkarlar, proqramçılar tərəfindən də ərsəyə gətirilir. Qeyd etmək lazımdır ki, nəticə etibarilə bu sahə, inkişaf etmək üçün böyük investisiyaları tələb edir. Bəlkə də planetdə çox az yer qalıb hansında ki, öz yerli oyunçusu olmasın. Həmin oyunçu ilə rəqabət aparmaq üçün isə böyük kapitala sahib olmaq lazımdır. Yəni bu, böyük oyunçuların olduğu bazardır. Bizim təcrübəyə əsasən bazarda 2 əsas oyunçudan başqası ola bilməz. Bu bir qayda olaraq onunla əlaqəlidir ki, bütün oyunçular həmin sürücüləri ələ keçirtməkdən ötrü mübarizə aparırlar. Sürücü üçün isə iki sistemə eyni anda xidmət göstərmək rahat deyil. Əks halda sistemin səviyyəsi zərər görür. Nəticədə isə qalib yalnız bir təmsilçi olur. Lakin bununla yanaşı hər bir bazarda yer, 2 əsas oyunçudan daha çoxu üçün nəzərdə tutulmayıb. Bazarda yaranan digər kiçik oyunçular isə böyük ehtimalla daha iri şirkətlər tərədindən udulacaqlar. Çox güman ki, uzun zamanlı perspektivdə biz, əlində olan, yeni sürücüləri və eləcə də müştərilər uğrunda rəqabət aparan 2 böyük bazar oyunçusunun olacağını görəcəyik.
    Son zamanlarda dünya miqyasında avtopilot mövzusunun tendensiya halına gəlməsi barəsində nə deyə bilərsiniz? Sizcə bu sistem, taksi servislərinin infrastrukturunu kökündən dəyişəcək, yoxsa müştərilər daha çox sürücülərə etibar edəcəklər?
    Düşünürəm ki, bu çox əla və sadə olmayan sualdır. Hər şey bizim baxdığımız müddətdən asılıdır. Əgər biz növbəti 5 ildən danışırıqsa çətin k, taksi və taksi sürücüsü vəzifəsində əvəzolunma məsələsi barəsində hansısa ciddi dəyişiklikləri görəcəyik. Əgər biz 15-20 ildən sonrakı perspektivdən danışırıqsa bu mövzu barəsində çox ciddi dəyişiklikləri gözləmək lazımdır. Konkret olaraq nələrin dəyişiləcəyi barəsində danışanda burda hər bir şəhərdə nəqliyyat payı ilə nələrin baş verdiyi tendensiyasını qeyd etmək laızmdır. Nəqliyyat bazarını misal gətirəndə insanların şəhərdaxili bütün hərəkətlərinin yalnız 2%-i taksi və ya özəl sürücü sifarişinin öhdəliyinə düşür. Şəhərlər arasındakı fərqi nəzərə alsaq, bu göstəricinin 48%-i şəxsi avtomobillərin, 50%-i isə ictimai nəqliyyatın payına düşür. Çünki ictimai nəqliyyat özü-özlüyündə ən ucuz vasitədir. Onu da qeyd etmək lazımdır ki, bu sənaye elə inkişaf edir ki, insanlar mütəmadi olaraq şəxsi avtmobillərdən daha çox mobil tətbiqlər vasitəsilə səyahəti daha üstün tuturlar. Həmin mobil tətbiqlərdən bir çoxu hətta bir neçə müştərini müəyyən təyinat nöqtəsinə aparan avtomobillərin sifarişini də mümkün edir. Beləliklə xidmət haqqı bir neçə müştəri arasında bölünür və bu da öz növbəsində müştərilərə öz vəsaitlərini 3-4 dəfə qənaət olunmasına yardımçı olur. Növbəti bir neçə il ərzində biz, insanların öz şəxsi avtomobillərindən sürətli şəkildə imtina tendensiyasını müşaiyət edəcəyik. Daha sonra isə biz, avtopilot vasitəsilə hərəkət edəcək və qiymətcə ictimai nəqliyyatla rəqabət aparacaq avtomobillər tendensiyasını görəcəyik. Nəyə görə bir qədər əvvəl söylədiyim göstəricinin yalnız 2%-i mobil tətbiqlərin payına düşür? Çünki bu hələ də bahalı bir xidmət növü kimi dəyərləndirilir və burda qiymət göstəricisinin əsas hissəsi sürücünün əmək qüvvəsinə hesablanır. Bununla yanaşı biz, avtopilot sisteminə sahib avtomobillər haqqında danışanda burda söhbət ondan gedir ki, bu vəziyyətdə artıq heç kimə maaş vermək kimi bir öhdəlik qalmır. Nəticədə isə 1 kilometr yol üçün qiymət göstəricisi sürətli şəkildə aşağı düşür. Ümumilikdə isə bu bazarın nə dərəcədə böyük olduğunu və onu hansı perspektivlərin gözlədiyini təsəvvür etmək qeyri-mümkündür.
    Bizim bazarda gələcək üçün planlarınız nədir və müştəriləri nə kimi yeniliklər gözləyir?
    İlk öncə biz bütün gücümüzlə bazarda yerimizi genişləndirməyə çalışırıq. Müştərilərin tez bir zamanda sifariş etdikləri avtomobilləri əldə etmələri üçün biz, yeni sürücüləri cəlb edir və onları maarifləndiririk. Bu baxımdan müştəriləri daha yaxşı əlçatanlıq göstəricisi gözləyir. Bizdə münasib qiymət, keyfiyyətli xidmət var və biz yüksək keyfiyyətli müştəri dəstəyini təqdim edirik. Yaxın zamanda biz, avtomobillərin tez zamanda müştərilərə çatdırılması baxımından bu bazardakı bütün rəqiblərlə rəqabət aparacağıq. Dəyişikliklərdən danışanda isə onu qeyd etmək lazımdır ki, biz hər həftə öz mobil tətbiqimizin yeni versiyalarını təqdim edirik. Biz onu bacardığımız qədər istifadədə çox rahat etməyə çalışırıq və bununla da yanaşı ona yeni funksiyalar əlavə edirik. Mən düşünürəm ki, eyni istiqamətə digər bir müştəri ilə birlikdə getmək, avtomobili sifariş etmiş müştəri üçün maraqlı olacaq. Bu terminin adı ride sharing-dir. Bu xüsusiyyət vasitəsilə isə müştərilər getdikləri yol üçün ödəyəcəkləri xidmət haqqını bir neçə dəfə azalda və bununla da vəsaitlərinə 2-3 dəfə qənaət edə biləcəklər. Yəni siz, digər bir müştəri ilə eyni istiqamətdə səyahət edirsiz və nəticədə xidmət haqqını öz aranızda yarıya bölürsünüz. Bu, hal hazırda üzərində çalışdığımız bir özəllikdir və yaxın zamanda müştərilər ondan istifadə edə biləcəklər.
    Əgər siz də Taxify-ın xidmətini yoxlayıb, test etmək istəyirsinizsə Android  iOS platformaları üçün mövcud tətbiqi yükləməklə TECHNOTE promo kodundan istifadə edə bilərsiniz. Bu kod vasitəsilə sizin ilk gedişiniz 5 AZN dəyərində pulsuz olacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər