main-post-cover

    iPhone X və iPhone 9 modellərinin dizaynı bəlli oldu

    Elm & Texnologiya
    05.07.2018
    Nijat Hamid
    Sentyabr ayında Apple keçirəcəyi konfrans zamani yeni iPhone modellərini tanıdacaq. Bu modellər sızan məlumatlara görə iPhone X, iPhone X Plus iPhone 9 olaraq adlanacaq. XX Plus modellərində OLED ekranlar, iPhone 9-da isə LCD ekran olması gözlənilir. Sızan bütün məlumatlar, aksessuar konseptləri və əvvəlki dizaynları nəzərə alan Hollandiyalı texnologiya bloqu bu modellərin 3D şəkildə dizaynını hazırladı.
    Hollandiya mərkəzli texnologiya bloqu olan Nieuwe Mobiel'də dizayner işləyən Jonas Dahnert 5.8 inch olan iPhone X və 6.1 inch LCD ekranlı iPhone 9 olduğu iddia edilən modelləri 3D olaraq dizaynını hazırladı.    
    iPhone 9 modelinə baxıldıqda iPhone 8iPhone X modellərinin hibridi kimi görünür. Yəni arxa hissə iPhone 8-ə, ön hissə iPhone X-ə bənzəyir. Lakin modelin iPhone 9 olaraq adlanması sadəcə Dahnert'ə görədir və bu haqda heç bir məlumat hələki bilinmir. Bu modelin ucuz olması səbəbi ilə LCD ekran paneli istifadə edilməsi planlanır və ona görə də dizaynda çərçivələr biraz qalın ola bilər. Digər tərəfdən bilirik ki, OLED ekranlı hər iki model 2 arxa kamera ilə istehsal ediləcək, lakin LCD ekranlı modeldə tək kamera istifadə ediləcək. Əlavə olaraq 1.nəsil FaceİD texnologiyası istifadə edəcək. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər