iPhone X Plus'ın fotosu sızdırılıb
Elm & Texnologiya
09.05.2018
Farid Pardashunas
Yaponiyanın Macotakara saytı Apple
şirkətinin yeni smartfonu olacaq iPhone X Plus modelinin fotosunu paylaşıb. Güman
olunur ki, iPhone X Plus modeli 6.5 inç OLED ekranla təchiz olunacaq.
Smartfonun ölçüsü isə iPhone 8 Plus modelinin ölçüsü ilə eyni olacaq. Təqdim
olunmuş fotoda iPhone X Plus ilə iPhone 8 Plus və adi iPhone X-in ölçüləri
müqayisə olunub. Saytın məlumatına əsasən Plus modeli adi iPhone X-dən 0.2 mm
daha qalın olacaq.
Bununla yanaşı 5.8 inç ekrana sahib olacaq yeni adi iPhone X
modeli orijinal iPhone X-in korpusuna sahib olacaq. Lakin kamera ötürücüsünün
ölçüsünün böyüdülməsi hesabına onun obyektivi daha böyük olacaq. Bu il üçün təqdim
olunması gözlənilən daha büdcəli iPhone modeli də TrueDepth kamerası və 6
inç-lik LCD ekranla təchiz olunacaq. Bundan əlavə məlumata əsasən iOS 12-də
Face ID texnologiyası vasitəsilə smartfonu təkcə şaquli vəziyyətdə deyil həmdə
üfüqi vəziyyətdə blokdan çıxartmaq mümkün olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!