iPhone X istifadəçiləri smartfonlarındakı batareyaların tez zamanda zəiflədiklərindən şikayətçi olublar

iPhone X istifadəçiləri smartfonlarındakı batareyaların tez zamanda zəiflədiklərindən şikayətçi olublar

Texnologiya
23.12.2019 PAYLAŞIM

    Smartfon batareyasının müəyyən müddətdən sonra zəifləməsi tamamilə normal haldır və bu, batareyalarda olan litium-ion elementlərin çalışmaları ilə bağlıdır. Lakin iPhone X smartfon modelinin istifadəçiləri bu hal ilə heç razı deyillər. Belə ki, internetdə iPhone X istifadəçiləri tərəfindən bu mövzu barəsində şikayətlər ortaya çıxmağa başlayıb. Onlar qeyd ediblər ki, smartfonun yetəri qədər enerji səviyyəsinə sahib olmasına baxmayaraq o avtomatik olaraq sönür. Bu barədə Wccftech saytı xəbər verib.

    Apple şirkətinin rəsmi foumunda və Reddit saytında istifadəçilər öz iPhone X smartfonlarında 20% enerjinin olmasına baxmayaraq smartfonlarının avtomatik olaraq sönmələrindən şikayətləniblər. İstifadəçilərin çoxusu bu məsələni smartfonlarda olan batareyaların çalışma keyfiyyətlərinin aşağı düşməsi ilə əlaqələndirib. Belə ki, əvvəlki iPhone modelləri bu problem ilə qarılaşmayaraq illərlə çalışa bilirdilər. Şirkətin saytında təqdim edilmiş təlimata əsasən Apple bunu öz tərəfindən yaranan problem kimi qəbul etmir.


    “Adi batareya normal istifadə və 500 şarj prosesi dövrü müddəti ərzində həcminin 80%-nə kimi enerji saxlanması üçün nəzərdə tutulub. İllik zəmanət batareya probleminin aradan qaldırılmasında yardımçı olur. Əgər zəmanət müddəti keçibsə şirkət əlavə ödəniş müqabilində batareya probleminin aradan qaldırılmasını təklif edir” - deyə şirkət saytında qeyd edilib. Hal hazırda zərər çəkmiş cihazın uzunmüddətli çalışmasını yenidən təmin etməyin bir yolu var. O da ki, Apple şirkətinin rəsmi xidmət mərkəzlərində smartfon batareyasının dəyişdirilməsidir. 



DAHA ÇOX


Google şirkəti bugün 25 yaşını qeyd edir

Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. ..


Tesla öz elektromobillərinin istehsalat xərclərini azaltmağın yolunu tapıb..

Verilmiş məlıumata əsasən Tesla şirkəti özünün Gigacasting adlı pressləmə texnologiyasının təkmilləş..


LG şirkəti 6G şəbəkəsində növbəti testini uğurla yekunlaşdırıb

LG şirkəti 6G şəbəkəsinin imkanlarını tədqiq etməyə davam edir.


Apple Vision Pro-nun sadələşdirilmiş versiyası ləğv edilmiş ola bilər

Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatından s..


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..

×